Page 23 - Islamic Studies 06
P. 23

Qadının zərafəti, qadının gücü./22

                   Allah kəlamı olan müqəddəs Quran-Kərim möminin səbirli
               olmasını  və  ümidsizliyə  düşməməsini  deyir.  Quranda  Rəbb
               mütləq  həqiqi  möminlərin  ümidsizliyə  deyil,  səbirli  olmasını

               söyləyir.  “Ey  iman  gətirənlər,  səbrli  olun  və  başqalarını  da
               səbrə  sövq  edin,  düşmən  qarşısında  müqavimət  göstərin,
               sərhəddin  keşiyində  durun  və  Allahdan  qorxun,  bəlkə  nicat
               tapdınız.”1 (Müsəlmanlar) “Həmin o kəslər ki, səbr etdilər və

               həmişə  öz  Rəbbinə  təvəkkül  edirlər.”2  “Sizin  yanınızda  olan
               tükənir  və  puç  olur,  Allahın  yanında  olan  isə  daimi  və

               əbədidir.  Və  (dini  vəzifələri  yerinə  yetirməkdə)  səbr  etmiş
               kəslərin  çox  gözəl  əməlləri  müqabilindəki  mükafatlarını
               verəcəyik.”3
                   Gerçək  İslamdan  uzaqlaşıb  belə  bir  xürafə  dininin

               mənimsənilməsi  müsəlmanların  bir  hissəsini  azadlıqdan,  elm
               və  sənətdən,  ən  əhəmiyyətlisi  isə  Quranı-Kərimin  əslindən
               uzaqlaşdırdı, həm də radikallaşdırdı.

                   Sələfi-vəhabi cərəyanı dünyada milyonlarla insanın doğru
               zənn  etdiyi  yanlış  dini  təbliğ  edir.  Bu  cərəyanın  davamçıları
               onlara  qarşı  çıxa  bilmir,  çünki  təməldə  onların  yanlış  yolda

               olduğunu  düşünmürlər.  Odur  ki,  bu  problemin  həll  edilməsi
               ancaq  İslam  aləminin  xürafələrə  əsaslanan  qaynaqları
               tamamilə  kənara  qoyub  Qurani-Kərimə,  Peyğəmbər(s)

               sünnəsinə  və  Əhli-beyt(ə)  hədislərinə  yönəlməsi  ilə
               mümkündür.





               1 -Ali-İmran surəsi ayə 200
               2  -Ən-Nəhlsurəsi ayə 42
               3  -Ən-Nəhl surəsi ayə 96
   18   19   20   21   22   23   24   25   26   27   28