Page 189 - Islamic Studies 06
P. 189

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 188


                   Qadın  və  kişinin  qarşılıqlı  qüsurlara  yol  vermələri
               mümkündür.  Qadın  həyat  yoldaşına  xidmət  göstərərkən,
               övladlarına  baxarkən,  yemək  hazırlayarkən,  eləcə  də  kişi
               ailədəki  davranışında,  ailəni  idarə  etməsində  müxtəlif
               qüsurlara  yol  verə  bilər.  Qüsur,  xəta  hər  iki  tərəfdən
               bağışlanıla  biləcək  bir  məsələdir.  Qadın  və  kişinin  lazım
               olduqda güzəşt etmələri şəri və əxlaqi bir vəzifədir. Onlar bu
               məsələdə  qətiyyən  qürura  yol  verməməli  və  Haqq
               göstərişlərinə arxa çevirməməlidirlər.
                   Güzəşt  Quran  baxımından  bir  ehsan  olaraq,  Allahın
               sevgisini qazanır.
                   «(O  müttəqilər  ki,)  İnsanların  günahlarından  keçərlər.
               Allah yaxşılıq edənləri sevər»("Ali-İmran" 134).
                   «Hər  kəs  pislik  edəni  bağışlasa  və  onunla  barışsa,  onun
               mükafatı Allaha aiddir»("Şura" 40).
                   İmam  Sadiq  (ə)  buyurur:  «Üç  şey  dünya  və  axirət
               böyüklüyüdür:  sənə  zülm  edən  şəxsi  əfv  etmək,  səninlə
               qohumluq  əlaqəsini  kəsən  şəxslə  gəl-get  etmək,  sənə  qarşı
               nadanlıq edən şəxs qarşısında dözümlü olmaq».("Bihar" c.71,
               səh.400)
                   Rəsulullah  buyurur:  «Həqiqətən,  Allah  bağışlayandır  və
               bağışlayanları  sevir»;[("Mizanül-hikmə"  c.6, səh.367)«Allah-
               təala  müsəlmanın  qüsurundan  keçən  şəxsi  qiyamət  günü  əfv
               edəcək»;(Həmin  mənbəə)«Camaatın  qüsurlarından  keçin.
               Bunun       qarşılığında     Allah     da     sizin    qüsurunuzdan
               keçəcək».("Həmin mənbəə)
                   İmam  Sadiq  (ə)  buyurur:  «Biz  Əhli-beytik.  Bizim
               böyüklüyümüz,         bizə    qarşı    zülm      edən     şəxsi    əfv
               etməkdir».(Həmin mənbəə, səh.368-370)
                   Əmirəl-möminin  Əli  (ə)  buyurur:  «Az  əfv  etmək  eyib,
               intiqam  almağa  tələsmək  isə  böyük  günahdır»;[(Həmin
               mənbəə)«Camaatın  ən  pisi  tərəf  müqabilinin  qüsurlarından
   184   185   186   187   188   189   190   191   192   193   194