Page 24 - Islamic Studies 06
P. 24
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /23
Bir insan heç tanımadığı ölkəyə ölmək və ya öldürmək
məqsədilə gedirsə, bunun səbəbi yalnız onun inancıdır. Bu
inanc yanlış olduğuna görə qarşımızda açıq və qəti nəticə
verəcək həll yolu vardır: bu insanlara doğru inancı doğru
qaynaqdan, yəni Qurani-Kərimdən öyrətmək.
Terrorçuların əsas məqsədi qeyri-hərbi, yəni mülki
hədəflərə qarşı siyasi məqsədlə güc tətbiq etməkdir. Başqa
sözlə desək, terrorun hədəfləri tamamilə günahsız dinc
insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun
gözündə qarşı tərəf, onlardan olmayan tərəf olmasıdır. Terror
dinc insanlara qarşı güc tədbiq edilməsi mənasına gəlir ki,
bunun da əxlaqi anlamı yoxdur. İman əhli olan möminlər üçün
isə günahsız insanları qətlə yetirmək Allaha qarşı çıxmaqdır.
Bu gün əsasən Qərb dövlətləri İslamı terrorla uyğunlaşdırmağa
çalışırlar.
Onlar bu həqiqəti anlamalıdırlar ki, Qurani-Kərim Allahın
insanlara yolgöstərən olaraq endirdiyi kitabdır və Allah-Taala
Qurani-Kərimdə insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın
əsasında isə sevgi, şəfqət, xeyirxahlıq, ədalət və mərhəmət
kimi anlayışlar dayanır. Quran ayələrində insanlar İslam
əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə
buyurulur: “Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və
itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki,
1
həqiqətən, o sizin aşkar düşməninizdir.” Ayədən göründüyü
kimi, Allah-Taala insanların əmin-amanlığını onların Quran
əxlaqına uyğun yaşamasında görür. İslam əxlaqına görə,
müsəlman bütün digər insanlara qarşı mehriban və ədalətli
1 -Əl-Bəqərə surəsi ayə 208