Page 25 - Islamic Studies 06
P. 25
Qadının zərafəti, qadının gücü./24
olmalıdır. O zəif və günahsızları qorumağa və yer üzündə
fitnə-fəsadın qarşısını almağa məsuliyyət daşıyır. Bir ayədə
buyurulur ki, Allah-Taala fitnə-fəsadı sevməz: “Üz döndərən
(və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman
isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv
1
etmək üçün yola düşər. Allah fəsadı sevmir.” Bir insanın
günahsız yerə öldürülməsi isə İslamda ən böyük günahlardan
biridir. Allah-Taala musəvilərə vəhy etdiyi bu əmri Quranda
belə bildirir: “Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün)
İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə)
yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik)
olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı
öldürsə (ya islamdan küfrə aparsa), sanki bütün insanları
öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə
məxsus cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş
etsə (ölümdən nicat versə, yaxud küfrdən islama gətirsə), sanki
bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da
bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın
dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə
2
həddən artıq fəsad və qan tökməyə başladılar.”
Göründüyü kimi, günahsız bir insanı öldürən şəxs bütün
insanları öldürmüş qədər günah qazanır. Bu halda terrorçuların
törətdiyi cinayətin, soyqırımın, intihar hücumlarının nə qədər
böyük günah olduğu açıq-aydındır. Allah terrorun axirətdəki
“mükafatı”nın nə olacağını belə bildirir:“(Cəza və tənbeh)
yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə
1 -Əl-Bəqərə surəsi ayə 205
2 -Əl-Maidə surəsi ayə 32