Page 26 - Islamic Studies 06
P. 26

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /25

               hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı

                                                                 1
               açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.”
                   Bütün bunlar onu göstərir ki, günahsız insanlara qarşı qətl
               planı  hazırlayıb  həyata  keçirmək  İslama  tamamilə  ziddir  və

               heç  bir  müsəlman  belə  günahı  edə  bilməz.  Əksinə,
               müsəlmanlar  günah  iş  tutan  insanların  qarşısını  almağa  və
               bütün  insanlara  əmin-amanlıq  gətirməyə  görə  məsuliyyət

               daşıyırlar.  İslam  terrorla  birgə  təsəvvür  edilə  bilməz,  əksinə
               İslam terrorun qarşısındakı ən böyük maneədir. Sülh İslamın
               təməli,  ruhudur,  lakin  İslamı  Qurana  və  Peyğəmbər(s)

               sünnəsinə deyil, vəhabi-sələfi əqidəsinə əsaslandıran xurafatçı
               məntiq isə bunun tam əksini təbliğ və tətbiq edir.
                   Vəhabilərin  problemi  sələfi  məzhəbini  din  olaraq  qəbul

               etmələridir. Bəzən sələfilərin əqidəsini tənqid edənlər onların
               doğru yol tutduqlarını zənn edib radikal olurlar. Qurandan dəlil
               gətirildikdə onlar da sələfilərdən dəlil gətirməyə çalışırlar. Elə

               ən böyük xətanı da burda edirlər. Əgər gerçək İslamı tanıyıb
               haqq  yolunu  tapmaq  istəyirlərsə,  Quranda  bildirilən  həqiqi
               dinə  yönəlməlidirlər.  Təkfirçilik  və  İslam  arasındakı  fərq
               ortaya  çıxarılmadıqca  radikalizm  böyük  bəla  olaraq  dünyanı

               bürüməyə  davam  edəcək.  Buna  görə  insanlar  arasında
               Qurandakı  gözəl  əxlaq,  yəni  gerçək  İslam  insanlara
               tanıdılmalıdır  və  xurafatla  İslam  arasındakı  fərq  ortaya

               çıxarılmalıdır. Allahın fitnə-fəsadı qadağan etdiyi, gözəl əxlaqı
               təşviq  etdiyi  və  düşüncə  azadlığının  ən  gözəlinin  Quranda
               olduğu açıqlanmalıdır.




               1 -Əş-Şura surəsi ayə 42
   21   22   23   24   25   26   27   28   29   30   31