Page 27 - Islamic Studies 06
P. 27

Qadının zərafəti, qadının gücü./26

                   “Hər  bir  itaətsiz  batil  qüvvədən  və  Allahdan  qeyri
               məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf
               qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim

               bəndələrimə! Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan
               kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl
                                1
               ağıl sahibləri!”
                   İslam ağıl və məntiq dinidir. İslam dini öz ardıcıllarını da

               doğru  yola  və  həqiqətə  qovuşmaq  üçün  həmişə  sevgiyə,
               düşüncə  və  təfəkkürə  dəvət  edir,  insaniyyətə  qarşı  olan

               hərəkətlərdən çəkindirir. Bütün tarix boyunca bəşəriyyət istər
               fərdi,  istərsə  də  ictimai  formada  mübarizəsi  insan  nəslinin
               qırılmasına,  maddi-mənəvi  dəyərlərin  tapdalanmasına  gətirib
               çıxartmış, insanın kamala yetişməsinə sədd çəkmişdir. Qurani-

               Kərimin bir çox ayələrində bu həqiqət açıqlanmışdır.
                   "İnsanlar  (xilqətin  əvvəlində  uzun  müddət)  yalnız  vahid
               (və  ixtilafsız)  bir  millət  idilər.  Beləliklə  (dünya  işlərində

               ictimai  münasibətlərə  görə,  kitab  nazil  olduqdan  sonra  isə
               ixtilaflarını  aradan  qaldırmaq  üçün  kitabın  özü  ilə  bağlı)
               ixtilafa  düşdülər.  Əgər  (əzəli  elmində  və  Lövhi-Məhfuzda)

               Rəbbindən  (bütün  dəlil-sübutlar  təqdim  edilməmişdən  əzab
               verməmək  və  dəlil-sübutlar  təqdim  edildikdən  sonra  da
               tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında

               mütləq  ixtilaf  etdikləri  şey  barəsində  (əməli  surətdə)  hökm
               edilərdi."
                          2
                   Şübhəsiz  ki,  bu  ixtilafların  kökündə  müxtəlif  amillər
               dayanıb və bunların bəzilərinə Qurani-Kərim ayələrinin dili ilə



               1 -Əz-Zumər surəsi ayə 17-18
               2  -Yunus surəsi ayə 19
   22   23   24   25   26   27   28   29   30   31   32