Page 28 - Islamic Studies 06
P. 28

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /27

               işarə  olunur:  Qövm,  xalq,  millət  və  qrupların  öz  fikrinin

               həqiqətinə  etiqad,  əxlaq  və  rəftarlarının  doğruluğuna,  digər
               düşüncə  tərzinin  batil  və  yollarının  haqsız  olduğuna  inam,
               insanlar  arasında  ixtilaf  və  toqquşmalara  səbəb  olmuşdur.

               Qurani-Kərim qısa bir cümlə ilə bu mühüm və köklü məqam
               barədə  xəbərdarlıq  edir:  "O  kəslərdən  ki,  öz  dinlərini
               parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana

                         1
               sevinər."  Həvayi nəfsə itaət həmişə fərdi və ictimai ixtilaflara
               gətirib  çıxarmış,  insanlığın  doğru  yoldan  çıxmasının  əsas
               səbəblərindən biri olmuşdur. Necə ki, Qurani-Kərimdə bu çox

               gözəl ifadə olunmuşdur.
                   "Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın
               qəbul  etdiyi  bir  məqsədlə)  yaratdı  (ki, hər  bir  istedad  sahibi

               özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının
               müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm
                                                                2
               edilməyəcək  və  haqları  kəsilməyəcəkdir"   İnsanın  nəfsinin
               qurbanına  çevrilməsi  onun  haqqdan  üz  döndərməsinə  səbəb
               olur  və  bu  haqsızlıq  insanın  zülmətə  doğru  yuvarlanmasının
               başlanğıcıdır.  İslam  dini  insan  cəmiyyətlərinin  bu  mövcud
               reallığının müqabilində, ilk növbədə dialoq və fikir mübadiləsi

               təklif edir. Dialoq nəticəsində doğru qərar əldə olunur, haqq-
               ədalətin üstündən qəflət və cəhalət pərdələri götürülür. Buna
               görə də Qurani-Kərim Peyğəmbərə (s) insanları hikmət, moizə

               və xoş danışıqla haqqa və Allah-Taalanın yoluna dəvət etməyi
               göstəriş  verir:  "(İnsanları)  Rəbbinin  yoluna  hikmətli  məntiq,
               qane  edən  dəlillər  və  gözəl,  oyadıcı  və  ibrətamiz  nəsihətlə



               1  -Ər-Rum surəsi ayə 32
               2  -Əl-Casiyə surəsi ayə 22
   23   24   25   26   27   28   29   30   31   32   33