Page 29 - Islamic Studies 06
P. 29

Qadının zərafəti, qadının gücü./28

               dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et.
               (Sənin  vəzifən  budur.  Onlara  gəldikdə  isə)  əlbəttə,  sənin
               Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru

                                                          1
               yolda  olanları  daha  yaxşı  tanıyır."   Başqa  bir  ayədə  isə
               müşrikləri və kafirləri elmi mübahisəyə dəvət edib, onlardan
               dəlil sübut istəyərək buyurur: "Və dedilər: "Cənnətə yəhudi, ya
               xristiandan  başqa  əsla  heç  kəs  daxil  olmayacaqdır."  Bu,

               onların  xam  xəyallarıdır.  De:  "Əgər  doğruçusunuzsa  dəlil
                                       2
               sübutunuzu gətirin."  Bu ayə İslam dininn haqq olmasına və
               İslam məntiqinin qüdrətinə aydın sübutdur. İslam elm, məntiq,
               düşüncə  və  təfəkkür  dini  olduğundan  haqqı  ortaya  çıxarmaq
               üçün heç vaxt dialoq meydanına girməkdən çəkinmir. Qurani-
               Kərim  əql  və  məntiqdən  uzaq  olanları  naqis  insan  sayır  və

               onları  kar  və  lala  bənzədərək  buyurur:  "Həqiqətən  Allah
               yanında,  tərpənən  canlıların  ən  pisi  düşünməyən  (haqqı
                                                                                 3
               eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır."
                   İslam dininə görə fərqli fikirlərlə üzləşdikləri zaman qan
               tökməkdən vaz keçməli ağıl və məntiqi rəhbər fikir mübadiləsi
               ilə doğru yolu təsdiq etməli və haqqı batildən ayırmalıdır.

                   Əmiəlmömünin  Həzrət  Əli  (ə)  bu  məqamı  çox  aydın
               müəyyən  etmişdir:  “Bəzi  düşüncələri  başqa  fikirlərlə
               tutuşdurun ki, ondan düzgün fikir ortaya çıxsın”.Buna görə də

               İslam  Peyğəmbəri(s)  və  İmamlarımız(ə)  öz  müxalifləri  ilə
               dialoqa  üstünlük  vermişlər.  Peyğəmbərin(s)  müşrik,  kafir  və
               digər müxalifləri ilə çoxsaylı dialoqları və ondan sonra İslamın



               1  -Ən-Nəhl surısi ayə 125
               2  -Əl-Bəqərə surəsi ayə 111
               3  -Əl-Ənfal surəsi ayə 22
   24   25   26   27   28   29   30   31   32   33   34