Page 31 - Islamic Studies 06
P. 31

Qadının zərafəti, qadının gücü./30

               qayıdarıq, amma hay-küylə, təm-təraqla və öz tərəfdarları ilə
               gəldiyini görsək, onunla mübahilə edərik.”
                   Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə)

               və  Hüseynlə  (ə)  birlikdə  xristianların  qarşısına  çıxdı.
               Xristianların  başçısı  ətrafındakılardan  soruşdu:  “Bunlar
               kimdir?” Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan
               uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!”

               Xristianların  yepiskopu  dedi:  “Mənim  gördüyüm  kişi  öz
               qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir.

               Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü
               Peyğəmbərə tutub dedi: “Ey Muhəmməd! Biz qərara gəldik ki,
               səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun
               belə dediyi nəql olunur: “Ey xristianlar! Mən elə nurlu simalar

               görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar!
               Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!”
                   “Mübahilə”  hadisəsi  İslam  Peyğəmbərinin  (s)  risalətinin

               doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir.
               Çünki  Allahla  qəti  və  mənəvi  əlaqəsi  olmayan  şəxsin  belə
               təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm

               (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib
               Allahdan yalançıları rüsvay etməsini diləyək.
                   Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; Heç bir

               ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir
               işə  əl  atmaz.  Məhz  bu  səbəbdən  də,  rəvayətlərdə  deyildiyi
               kimi,  mübahilədən  söz  düşdükdə,  Nəcran  xristianları
               Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət

               istədilər.  Onlar  Peyğəmbərin  (s)  özü  ilə  gətirdiyi  şəxslərin
               yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti
   26   27   28   29   30   31   32   33   34   35   36