Page 30 - Islamic Studies 06
P. 30

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /29

               əziz  rəhbərlərinin  ardıcıl  dialoqları  bu  həqiqətə  parlaq

               misaldır. Sünni və şiə təfsirlərində, eləcə də, bəzi hədis və tarix
               kitablarında qeyd olunur ki, hicrətin 10-cu ilində bir neçə nəfər
               Rəsuli-Əkrəmin (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində

               İslamı  yaymağa,  təbliğ  etməyə  təyin  olundular.  Nəcran
               məsihiləri Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir
               nümayəndə  heyətini  Mədinəyə  göndərdilər.  Danışıqlardan

               sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir
               məntiq  və  dəlilə  əsaslanmadan  Həzrət  İsanın  (ə)  Allahlıq
               məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq

               buyurur:  “Buna  görə  də  sənə  elm  gəldikdən  sonra,  onun
               barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə
               edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz

               oğullarınızı,  biz  öz  qadınlarımızı,  siz  öz  qadınlarınızı,  biz
               özümüzü,  siz  də  özünüzü  (bizim  canımız  kimi  olan  kəsləri)
               çağıraq,  sonra  bir-birimizə  nifrin  edək,  beləliklə  Allahın

               lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə İmam
               Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı
               kimi  "mübahilə"yə,  yəni  ayədə  işarə  olunan  qarşılıqlı  nifrin
                                                                           1
               etmə mərasiminə apardı və kafirlər təslim oldular.)”  Yəni bu
               qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaq və
               bununla da mübahisəni sona yetirərik.
                   Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran

               xristianlarını  mübahiləyə  çağırdı.  Onlar  o  Həzrətdən
               fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı
               dedi:  “Əgər  sabah  Muhəmməd(s)  öz  ailəsi  və  övladları  ilə

               birgə  mübahiləyə  gəlsə,  onunla  mübahilə  etmədən  geri

               1 -Ali-İmran surəsi ayə 61
   25   26   27   28   29   30   31   32   33   34   35