Page 32 - Islamic Studies 06
P. 32

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /31

               inam  və  xatircəmliklə  vəd  edilmiş  yerə  gəldiyini  gördükdə,

               dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o Həzrətin(s)
               haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.
                   Digər  tərəfdən,  bu  ayə  Peyğəmbərin  (s)  Əhli-beytinin(ə)

               yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm
               sübutdur.
                   Sual  oluna  bilər  ki,əgər  İslam  elm,  məntiq  və  dialoq

               dinidirsə, onda İslam tarixi boyunca qanlı müharibələrə səbəb
               nə olub? Bu suala cəsarətlə belə cavab vermək olar ki, İslam
               müharibələri  ümumiyyətlə  müdafiə  xarakteri  daşımışdır.

               İslamın zəfər yürüşlərinə səbəb qılınc deyil, ağıl, güclü məntiq,
               yüksək  düşüncələr,  İslamın  möhtəşəm  nuru  olmuşdur.  İslam
               qeyri-qanuni  və  mühakiməsiz  icra  olunan  qətlləri  məhkum

               edir. İslam şəriət və qanuni prinsiplərə məhəl qoymadan qətl
               və  qarət  törədənlərin  kimliyindən  asılı  olmayaraq,  hətta
               dünyada  ən  böyük  güc  sahiblərinin  də  cəzalandırılmalarını

               tələb  edir.  İslam  mənbələrində  oxuyuruq:  Quran  və  Əhli-
               beytin  (ə)  düşmənlərindən  13  nəfəri  öldürmüş  Abdullah  ibn
               Nəcaşi adlı müsəlman İmam Sadiqin (ə) yanına gəlib bu qətl
               hadisəsini  xəbər  verdi.  İmam  (ə)  buyurdu:  “Bu  qətllər  dini

               hakimin  icazəsi  iləmi  olub?”  Dedi:  “Xeyir”.  İmam  (ə)
               buyurdu:  “Belə  olan  təqdirdə  siz  özünüz  mühakimə  edilib,
               cəzalandırılmalısınız”. Bu misal onu göstərir ki, İslam qanuni

               məhkəmə  olmadan  törədilən  qətl  və  qarətləri  terror  sayır.
               Terrorun  dini,  milliyyəti,  vətəni,  irqi  olmur.  Terrorçu  istər
               dövlət  olsun,  istər  ayrı-ayrı  fərdlər  olsun,  terrorun  obyekti

               dünyanın  hər  hansı  bir  şəhəri  olsun,  fərqi  yoxdur,  terror  elə
               terrordur. İslamın nəzərində terrorun bütün formaları insanlığa
   27   28   29   30   31   32   33   34   35   36   37