Page 55 - Islamic Studies 06
P. 55

Qadının zərafəti, qadının gücü./54

                   “ Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq
                                                                         1
               tapsın deyə ondan onun zövcəsini yaradan Odur...”
                   "De! O elə bir kəsdir ki, sizi yaradıb və sizə göz, qulaq və

                             2
               qəlb verib.”
                    Təfsirçilər və alimlər yuxarıdakı ayəni belə təfsir edirlər

               ki,  "ayənin  əsil  mənası  bunu  çatdırır  ki,  insan  başqa
                                                                              3
               yaranmışlardan ağıl və təfəkkür baxımından üstündür."

               5) Ailə həyatında qadınla kişinin eyni hüquqa malik olmaları:

                   Qurani-Kərimin  bəyanına  əsasən  qadına  ailə  həyatında
               verilmiş  hüquq  kişinin  xeyri  üçündür.  Baxmayaraq  ki,  bəzi

                                                                                     4
               məsələlərdə az da olsa fərq nəzərə çarpır. Misal üçün: Nəfəqə
               (qadının və uşaqların gündəlik təminatı) kişinin öhdəsindədir
               və ya qadının yaşaması üçün yeri kişi hazırlamalıdır və sair.

               Qurani-Kərim bu barədə buyurur:

                   "Şəriət  qanunlarına  əsasən  kişilərin  qadınlar  üzərində

               hüquqları  olduğu  kimi,  qadınların  da  kişilərin  üzərində
               hüquqları vardır."
                                   5



               1 - Quran: Əraf surəsi, ayə:189
               2 -Quran: əl-Mülk surəsi, ayə: 23
               3 . İbn Xaldun, Əbdürrəhman, “İbn Xaldun müqəddiməsi”, cild 2, səhifə 60.
               4 . Nəfəqə - ehtiyacı olanlara göstərilən təmənnasız yardım deməkdir. Sədəqə də infaqa
               aiddir. Şəriətdə ailə başçısının öz ailə üzvləri üçün xərclədiyi pula, eləcə də, yardıma
               ehtiyacı olan şəxslər üçün bunu verməyə borclu olan adamlardan alınan məbləğə
               (alimentə) də nəfəqə deyirlər. Öz həyat yoldaşının nəfəqəsini təmin etmək kişinin
               borcudur. Yetikinlik yaşına çatmamış övladların da nəfəqəsini ata verməlidir. Həzrət
               Mühəmməd Peyğəmbər (s. ə. s) insanın öz yaxınlarına (ailə üzvlərinə, valideynə, yaxın
               qohumlara, qonşulara) etdıyi nəfəqənin ən üstün nəfəqə olduğunu bildirmişdir.
               5 . Quran: Bəqərə surəsi, ayə: 228
   50   51   52   53   54   55   56   57   58   59   60