Page 58 - Islamic Studies 06
P. 58

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /57

                   8)  Ailədə  rəhbərlik  məsələsində  kişilər  qadınlardan  iki

               nəzərə görə fərqlənir:

                    A- Əgər  kişini  cinsi  və  fiziki  baxımdan  təhlil  etsək  bu
               məsələ  özü-özlüyündə  aydınlaşacaq.  Bundan  əlavə  hər  bir

               icmanın  və  ya  ailənin  gözəl  və  səadət  içində  yaşaması  üçün
               ümdə lazım olan budur ki, hər kəs öz qabiliyyətinin əhatəsində
               hərəkət  etsin.  Yəni  ailədə  hər  kəs  öz  atifi  və  fiziki  gücünə

               uyğun özünə vəzifə seçsin və onu səmimi yerinə yetirsin. Belə
               olan  halda  ailənin  rəhbərliyi  yenə  də  kişinin  öhdəsinə
                           1
               düşəcəkdir .

                   Allah-Taala  bütün  insanları  müxtəlif  qüdrətə  və  istedada
               malik  olaraq  yaratmışdır.  Əgər  bütün  insanlar  eyni  gücə  və
               istedada  malik  olsa  idilər  ,  bütün  yaradılış  sistemi  aradan

               gedərdi. Bundan əlavə dünyada olan bütün işlər bir- birindən
               fərqli olaraq özünü büruzə verir. Bu səbəbdən də, fərqli işlər
               üçün fərqli istedada malik olan insanlar lazımdır. Nəticə budur

               ki,  dünyada  hər  bir  şeyin  seçilməsi  və  fərqli  olması
               istedadların inkişafına xidmət edir.


                   Kişi və qadın arasında olan fərq də bu qanun əsasındadır.
               Bunu  da  qeyd  edək  ki,  bu  fərqlilik,  bunların  heç  biri  üçün
               fəzilət və üstünlük deyil, çünki kişi və qadın iki müxtəlif sinif
               olaraq müqayisə olunursa burada heç bir fəzilətdən danışmağa

               dəyməz.  Başqa  sözlə  desək,  üstünlük  fərq  və  fərq  üstünlük
               sayılmaz. Deməli, Nisa surəsinin 34-cü ayəsinə əsasən kişiyə





               1 . Cavadi Amuli, “Zən dər ayineye cəlal və camal”, səhifə  364- 369
   53   54   55   56   57   58   59   60   61   62   63