Page 59 - Islamic Studies 06
P. 59
Qadının zərafəti, qadının gücü./58
verilən vəzifə onun üçün heç bir fəzilət meyarı və ölçüsü ola
1
bilməz .
B - Bu mövzuda ikinci bir fikir də budur ki, kişi və qadın
sinifləri arasında olan fərq, ərlə- arvad qanunlarına əsaslanmır.
Əksinə ümumi bir qayda olaraq kişi və qadın mövzusunda öz
əksini tapır. Dünya insanları arasında olan bu qanun, dünyada
mövcud olan hakimiyyət və məhkəmə prinsiplərinə bənzəyir.
Çünki bütün dünya insanları bu prinsip əsasında öz həyatlarını
tənzimləyirlər. Əlbəttə bu qanunlarda da kişilər yaradılış
qanunlarına əsasən qadınlardan üstündürlər. Bunu da qeyd
edək ki, kişinin bu vəzifədə olması qadının ictimai və fərdi
azadlıqdan məhrum olması demək deyil, yəni bu məsələlərin
heç bir fərdi və ictimai azadlığa dəxli yoxdur.
9) Nəticə
Mətndə danışılan "qəvvamiyyət" sözündən belə nəticə
alırıq ki, deməli, kişinin ailədə olan bu məsuliyyəti heç də,
onun (şəxsiyyət baxımından) qadından üstün olması demək
deyil. Əksinə kişinin ailədə olan bu vəzifəsi onun ruhi və fiziki
baxımdan daha da layiq olduğu üzündəndir. Həmçinin kişinin
ailə üzərində olan məsuliyyəti ona ailə qanunları çərçivəsi
xaricində hər hansı bir işi görməyə imkan vermir, çünki o
ailənin zalım padşahı deyil. Sadəcə ailənin gündəlik tələbatları
və qadın-kişi münasibətlərinə düzgün riayət etmək onun
öhdəsindədir, beləliklə, kişiyə bu vəzifənin tapşırılması o
demək deyil ki, kişilər qadınlardan “üstündür” və ya “axirətdə
1 . Əllamə Təba-Təbai, “Əl mizan təfsiri”, cild 4, ayə:34