Page 57 - Islamic Studies 06
P. 57
Qadının zərafəti, qadının gücü./56
və ruhi qabiliyyəti nəzərə alınaraq ailənin gündəlik tələbatı
İslam qanunlarına əsasən onun üzərinə qoyulub. Kişinin fiziki
gücü və iradəsi, ona pul qazanmaq və ailənin tələbatını
ödəmək kimi məsuliyyətli işlərə kömək etmək üçün ailənin
başçılığı və məsuliyyəti də onun üzərinə qoyulmuşdur.
Əlbəttə bunu da qeyd edək ki, mümkündür qeyd etdiyimiz
qüdrət və qabiliyyət hər hansı bir qadında da olsun. Lakin
nəzərə almaq lazımdır ki, hər hansı bir qanun yazıldıqda orada
azlıqlar deyil, ümumi toplum nəzərdə tutulur. Bu səbəbdən də
kişilər bu məsələlərdə qadınlardan daha üstün olduqları üçün
bu vəzifələr kişinin öhdəsinə qoyulmuşdur.
Əziz Peyğəmbərimizdən (s. ə. s) kişinin qadından üstün
olmasının səbəbini soruşduqda, o Həzrət (s. ə. s) belə cavab
verdi:
"Kişinin qadından üstün olan fəziləti, suyun yerdən üstün
olan fəziləti kimidir. Çünki suyun vasitəsi ilə torpaq dirilir (
beləliklə, torpağın üzərindəkilər də dirilir). Kişilər qadınların
həyatını dirildir, onlara şadlıq bəxş edir və onların artmasında
əsas rol ifa edir. Sonra isə Peyğəmbər " لا ءلا لا ی عاوااو لجرلا"
ayəsini zikr edir.
1
İmam Sadiq (ə) bu barədə buyurur: "Kişinin ailədə olan
2
başçılığı, onun üçün böyük səadətdir." Bu iki rəvayətdən belə
nəticə alırıq ki, kişinin ailədə olan rəhbərliyi, onun və ailənin
səadətinə xidmətdən başqa bir şey deyildir.
1. Şeyx Hürr Amili, “Vəsailuş-Şiə”, cild 15, səhifə 251
2 . Nasir Məkarim Şirazi, “Nümunə təfsiri”, cild 3, səhifə 370- 371