Page 56 - Islamic Studies 06
P. 56
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /55
Təfsirçilərimiz bu ayəyə istinad edərək qadınla kişinin
hüququnun bir olduğunu bəyan edirlər:
6) "Qivam" sözünün lüğətdəki mənası başçı, gözətçi və
mühafizəkar"dır.
Bu söz bəzən islah və qorumaq mənalarında da işlədilə
bilir. Qurani-Kərim buyurur: "Kişilər qadınların başçısıdır
1
(mühafizəkarıdır).”
Bir çox Quran təfsirçiləri "qivam" sözünü başçı və
qoruyucu kimi mənalandırmışlar. Misal üçün "qivam" bir
isimdir ki, öz işində ciddiyyətli olan şəxsə deyərlər, belə ki,
kimsə desə ki, bu kişi o qadının "qəyyumudur" , yəni onun
2
gündəlik tələbatını ödəyən və mühafizəkarıdır.
7) "Qivam" sözünün bu :
« لا ءلا لا ی عااوااو لاجرلا» və digər ayələrdə olan mənalarına
diqqət yetirsək, belə nəticə ala bilərik ki, ayənin əsas hədəfi
kişinin ailəyə başçılıq etməsi və ailədə olan nizam- intizamın
ciddiyyətini qorumalı olmasını çatdırmaqdır, nəinki, kişinin
ailəyə zülm etməsini və ya padşahlıq etməsini dəstəkləmək.
Əksinə kişiyə ailəyə rəhbərlik etmək və vahid tərbiyəli nizamı
3
yaratmaq vəzifəsini verməklə onun məsuliyyətini artırır.
Çünki hər bir ailəni kiçik bir cəmiyyət və icma şəklində qəbul
etsək, təbiidir ki, böyük cəmiyyətlər kimi burada da rəhbərin
və ya təşkilatçının olması vacibdir. Bundan əlavə kişinin cismi
1 . Fəxri Razi, “Kəbir təfsiri”, cild 10, səhifə 88
2 . “Nümunə təfsiri”, cild 3, səhifə 411- 116
3 . Feyz Kaşani, “Safi təfsiri”, cild 1, səhifə 448