Page 61 - Islamic Studies 06
P. 61

Qadının zərafəti, qadının gücü./60

               zorakılıq  haqqı  verməyibdir.  Bəlkə    hökumətçilik  hüququnu
               ona  tapşırıbdır  ki,  ailənin  işlərini  o  vəzifənin  əsasında  icra
               etsin, yəni bu, vəzifədən artıq bir şey deyil. O, ailənin rəisidir,

               yəni haqqı var ailə işlərində əmr etsin və çəkindirsin. Amma
               zorakılıq  haqqı  yoxdur,  yəni  haqqı  yoxdur  ki,  ailənin
                                                    1
               məsləhətinin ziddinə rəftar etsin .
                   Buna  əsasən,  ədalət  əsasında  və  Allah  razılığıyla  kişinin

               başçılığına icazə verilir. Bir çox ayələrdə cahiliyyət adətlərinə
               əsasən,  qadınlara  qarşı  zülmdən  və  onların  hüquqlarını
               tapdalamaqdan  çəkindirilibdir:  “...  Qadınlara  zorla  varis
               çıxmaq sizə halal deyildir! ” .
                                               2

               2. Məruf (yaxşılıq) qanununa riayət etmək:
                    Qurani-      Kərim      müxtəlif     ayələrdə     və    müxtəlif
               münasibətlərdə məruf məsələni yada salıb və hər bir qadın və

               kişinin  bu  qanuna  riayət  etməyə  dəvət  edibdir.  Qurani-
               Kərimdə  məruf  qanunuyla  əlaqədar  ayələrin  axtarışında
               olarkən  bir  sıra  ayələrlə  üzləşirik  ki, onlarda  qadınla  kişinin
               həyatın müxtəlif sahələrində necə davranmaları barədə söhbət

               açılıbdır.  O  cümlədən  evlənmək,  boşanmaq:  “Qadınlarınızı
               boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman
               onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq
               qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə

               onları saxlamayın.” , davranış: “ ... Onlarla xoş rəftar edin...
                                      3
               ”  ,  məhriyyə:  “Yaxınlıq  etmədiyiniz  (toxunmadığınız)  və
                4


               1 . Mütəhhəri Murtəza, “Əsərlər toplusu”, cild 21, səhifə 117.
               2 . Quran: Nisa surəsi, ayə: 19
               3 . Quran: Bəqərə surəsi, ayə: 231
               4 . Quran: Nisa surəsi, ayə: 19
   56   57   58   59   60   61   62   63   64   65   66