Page 62 - Islamic Studies 06
P. 62
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /61
mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları
1
boşamaq sizə günah sayılmaz ” , süd vermək: “Analar öz
2
övladlarını tam iki il əmizdirməlidirlər.” və sair kimi iqtisadi
hüquqlarını ödəmək, habelə kişilərə yaxşı davranmaq və zülm
etməmək tapşırılıbdır. Bunlara əsasən, kişi bu çərçivədən xaric
öz nəzərləri əsasında qadınla davrana bilməz. “Məruf” sözü
hər hansı işdir, belə ki, camaat onu tanısın və inkar etməsin və
3
Allah qadınlarla davranmağı “məruf” sözü ilə qeyd edib .
Əlbəttə məruf kəlməsinin mənası ədalətçilikdən və
qanunvericilikdən daha genişdir, belə ki, ədalət və qanuni
hüquqlara şamil olmaqla yanaşı, habelə əxlaqi və dəyərli işləri
də əhatə edir. Yəni Allah ailəyə rəhbərliyi kişiyə tapşırmaqla,
ədalətli davranmaqdan əlavə, əxlaqi və dəyərli rəftarları da
tövsiyə edir.
Buna əsasən, qadınlarla məruf əsasında davranmaq onlarla
4
ədalətli və insaflı rəftar etmək deməkdir. Digər sözlə desək,
yəni Allahın fərmanına uyğun olaraq qadınların hüquqlarını
qoruyaraq yaşamaq.
3. Məhəbbət və rəhmət qanunu: Kişinin hakimiyyəti hər cür
zorakarlıqdan uzaq olaraq məhəbbət və rəhmət əsasında
olmalıdır. Quran bu barədə buyurur: "Ünsiyyətdə rahatlıq
tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması,
1 . Quran: Bəqərə surəsi, ayə: 236
2 . Quran: Bəqərə surəsi, ayə: 233
3 . Təba- Təbayi Muhəmməd Hüseyn, Təfsirul- Mizan, Musəvi Həmədani, Seyyid
Muhəmməd Baqir, cild 4, səh 405, Dəftəre intişarate İslami, hoze elmiyyeye Qum,
beşinci çap, 1374 hicri şəmsi.
4 . Feyz Kaşani, Molla Möhsin, Təfsir Safi, cild 1, səhifə 434, Əsədr nəşriyyatı, Tehran,
ikinci çap, 1415-ci hicri qəməri ili.