Page 63 - Islamic Studies 06
P. 63
Qadının zərafəti, qadının gücü./62
aranıza məhəbbət və mərhəmət salması da Onun
dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz
1
dəlillər vardır." Kişinin mərhəmət əsasında olan gözəl əxlaqı
və bəyənilən rəftarı yoldaşının təsirlənməsində ən əsas amildir.
Deyilənlərə əsasən qadir Allah hər bir qadın və kişiyə bir sıra
bacarıqlar veribdir və bunların əsasında qadınla kişinin
qarşılıqlı vəzifələrini və hüquqlarını müəyyən edibdir.
Allah öz hikmətinə əsasən, kişilərə çox bacarıq və qüdrət
veribdir, bu üstünlüyün əvəzində ailə məsuliyyətini ona
tapşırıbdır. Əgər diqqətlə nəzər salsaq görəcəyik ki, bu
üstünlük kişi üçün vəzifə və ya məsuliyyət yaradıbdır ki, onun
vasitəsi ilə ailəyə rəhbərlik edə bilsin, nəinki bu üstünlüyə görə
kimi isə məhkum etsin və ya fəxr etsin.
Cənnətlə Müjdələnən Qadın!
"Cənnət qadınlarının ən üstünləri Xədicə bint Xuveylid,
Fatimə bint Məhəmməd, Məryəm bint İmran, Fironun zövcəsi
Asiyə bint Məzahimdir."
Dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bu
müqəddəs qadın haqqında böyük hörmətlə danışır!
İnsanların neçə əsrlərdir hörmətlə yad etdiyi Həzrət
Asiyə kim idi və nə üçün o bu gün də hörmət və məhəbbətlə
yad edilir?
Asiyə Allahın lənətlədiyi Fironun sarayında Həzrət Musanı
yetişdirən, onu göz bəbəyi kimi qoruyaraq, zalımların şahı
olan ərinin (Fironun) bəlalarından mühafizə edən bir sevimli
Allah bəndəsi idi. Həzrət Musaya peyğəmbərlik verilən kimi,
ona iman edən ilk insan da o oldu, Peyğəmbərə gizlicə iman
1 . Quran: Rum surəsi, ayə: 21