Page 64 - Islamic Studies 06
P. 64
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /63
etdi və Fironu qəlbində lənətlədi, iman etdiyi aşkar olanda isə
canından keçdi, ancaq imanından dönmədi!... O, İslam
Peyğəmbərinin - Allahın sonuncu elçisinin Cənnətlə
müjdələdiyi, "Quran" da təriflənən, ismət və səbir timsalı olan
çox dəyərli qadındır! O adı, cəsarəti, iman eşqi min illərin o
üzündən günümüzə gələn, Sabaha gedən Həzrət Asiyədir!...
O, bir Peyğəmbəri qorudu, bir Peyğəmbər tərəfindən isə
müjdələndi!
Asiyə, öz qövmünün seçilmiş və ən ləyaqətli qadınlarından
biri idi. Yusif əleyhissalamın vaxtında Misir Sultanı olan və
Həzrət Yusifə iman edən Reyyan ibn Vəlidin nəslindən idi.
Yaşadığı dövrdə Misirin ən məşhur qadını olan Həzrət
Asiyə bu tarixi ölkənin zalım və qan içən imperatoru, zülm və
ədalətsizlikləri bü günə qədər də lənətlənən Fironun həyat
yoldaşı idi. Firon da Babil hökmdarı Nəmrud kimi Tanrılıq
iddiasında idi. Fironun mənfur, xeyirsiz və
yaramaz adam olmasının əksinə Həzrət Asiyə təmizlik,
dürüstlük, iffət və əsillik timsalı idi.
Dinlər tarixi baxımından böyük önəm daşıyan Həzrət
Asiyənin həyatının ilk dövrləri haqqında kifayət qədər yazılı
qaynaq yoxdur. Buna baxmayaraq, müqəddəs mətnləri tədqiq
edərkən, bu dəyərli qadının həyatı haqqında bəzi məlumatlar
əldə etmək mümkün olmuşdur.
"Quran"da "Fironun zövcəsi" kimi yad edilən Həzrət
Asiyənin adı hədislərdə açıqca bildirilmişdir. Tarix və təfsir
qaynaqlarında isə onun adı "Asiyə bint Məzahim ibni-Übeyd
ibni-Reyyan ibni-Vəlid" kimi çəkilir. Asiyənin ulu
babalarından olan Vəlid həzrət Yusifin dövründə Misir sultanı
idi.
Misir zalım Fironun zülmü altında əzilərkən, Asiyənin
qismətinə Fironun zövcəsi olmaq kimi bir bəxtsizlik
düşmüşdü. Firon özündən əvvəlki zalımlar kimi, tanrı