Page 66 - Islamic Studies 06
P. 66
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /65
doğulmuşdu. Oğlunun, Fironun qurbanı olacağından qorxan
ana nə edəcəyini bilmirdi. Fəqət Allah, onun qəlbinə
rahatlıq verdi, vəhy vasitəsilə, onu qorxudan uzaqlaşdırdı. Bu
hadisə "Quran"da belə nəql edilir: "Biz Musanın anasına ‘Onu
əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına)
at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də
peyğəmbərlərdən edəcəyik!’ - deyə bildirdik." ("əl-Qəsəs"
surəsi, ayə: 7).
Qadın deyiləni elədi. Ərinin zalımlığına daxilən lənətlər
yağdıran Asiyə tam o aralarda sarayda öz otağında oturub Nili
seyr edirdi. Nil çayının ortasında batıb-çıxaraq özbaşına üzən
sandığa oxşar bir əşya onun diqqətini cəlb edir. Asiyə
keşikçilərinə və qulluqçularına əmr edir ki, sandığı tutub onun
yanına gətirsinlər. Sandıqdan çox şirin bir oğlan uşağı
çıxır. Bu uşaq, gələcəkdə peyğəmbərliklə şərəflənəcək və
Fironun zülm imperiyasını yerlə-yeksan edəcək Musa idi...
Uşağı Asiyənin yanına gətirirlər. Asiyə bunun, övladını
Fironun cəlladlarından xilas etməyə çalışan bir ananın işi
olduğunu başa düşür. O, uşağı himayə etmək qərarına gəlir və
bunun üçün bütün çətinliklərlə üzləşməyi göz önündə
tutur. Firon hiddətdən dəli olmaq həddinə gəlib, uşağı
öldürməyi əmr etsə də, Həzrət Asiyə var gücü ilə ona qarşı
çıxıb, onu fikrindən daşındırmağa nail olur.
"Bu uşaq həm mənim, həm də sənin üçün
gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda
verər, yaxud da onu oğulluğa götürərik!" ("əl-Qəsəs" surəsi,
ayə: 9) deyən Həzrət Asiyə, ərini razı salır.
Beləliklə, Asiyə səhrada bir qızılgül yetişdirməyə
başladı. Digər tərəfdən, Musanın böyük bacısı Məryəm, sahil
boyunca sandığı izləmiş və hər şeyə şahid olmuşdu. O,
gördüklərini anasına danışdı. Uşağın həyatı xilas olmuşdu,
ancaq indi də ona bir süd anası tapmaq lazım idi. Çünki uşaq