Page 65 - Islamic Studies 06
P. 65

Qadının zərafəti, qadının gücü./64

               olduğunu iddia edir və bütpərəstliyi himayə edirdi. "Quran"da
               bu həqiqətə belə işarə edilir: "Dedi ki: Həqiqətən, mən sizin ən
               uca     Rəbbinizəm!" ("Naziat"         surəsi,    ayə:    24). Bunun
               müqabilində  Asiyə,  əsaləti  və  mərhəməti  ilə  diqqəti  cəlb
               edirdi. Əri  insanlara  zülm  edərkən,  Asiyə  ürəklərə  su
               səpirdi. O,  heç  zaman  ərinin  etdiyi  zülm  və  haqsızlıqları
               müdafiə  etmir,  onun  tərəfində  dayanmırdı. Xalq  tərəfindən
               "Nil  Kraliçası"  adlandırılan  Asiyə,  ərinin  pisliklərinə
               baxmayaraq, iman etmiş bir qadın idi.
                   Firon xüsusən İsrail oğullarına  çox əziyyət verirdi. Allah
               onları  bu  zülmdən  xilas  etmək  üçün  Həzrət  Musanı
               göndərəcəkdi  -  Firon  bunu  yuxuda  görmüşdü. Yuxuda
               görmüşdü ki, Qüds istiqamətindən gələn alovlar Misirə çatır və
               Fironun  sarayını  yandırıb  külə  döndərir. Fəqət  bu  alovlar
               ancaq  Fironun  soyundan  olan  qibtilərə  zərər  verirdi,  İsrail
               oğulları  isə  xilas  olurdular. Qan-tər  içində  yuxudan  oyanan
               Firon,  münəccimləri  çağırıb  əmr  edir  ki,  onun  yuxusunu
               yozsunlar. Yuxunun  yozumu  Firon  üçün  çox  qorxunc  idi:
               "Yaxın  zamanda  İsrail  oğullarından  bir  uşaq  doğulacaq.  O
               uşaq  misirlilərin  həlak  olmasına,  sənin  taxt-tacının  da  yerlə
               yeksan olmasına səbəb olacaq."
                   Bunu  eşidən  Fironun  gözünə  yuxu  getmir. O,  qorxu  və
               hiddət  içində  ağlasığmaz  bir  qərara  gəlir:  əmr  edir  ki,  İsrail
               oğullarının soyundan doğulan bütün oğlan uşaqları öldürülsün.
               Bu hadisə "Quran"da belə ifadə olunur: "Həqiqətən, Firon yer
               üzündə       baş      qaldırıb     onun      əhalisini      zümrələrə
               bölmüşdü. Onların  arasından  olan  bir  tayfanı  gücsüz  görüb
               onların  oğlan  uşaqlarını  öldürür,  qadınlarını  isə  sağ
               buraxırdı. O,  həqiqətən,  fitnə-fəsad  törədənlərdən  idi!" ("əl-
               Qəsəs" surəsi, 4).
                   Ancaq  Həzrət  Asiyə  həyat  yoldaşının  bu  vəhşiliklərinə
               biganə qalmır və onu dəstəkləmirdi. Musa bax belə bir şəraitdə
   60   61   62   63   64   65   66   67   68   69   70