Page 67 - Islamic Studies 06
P. 67

Qadının zərafəti, qadının gücü./66

               heç  kimin  südünü  əmmirdi. Məryəm  Asiyənin  hüzuruna
               çıxaraq  belə  dedi:  "Sizin  üçün  o  uşağa  süd  verməyi  təmin
               edəcək,  həm  də  ona  qarşı  xeyirxah  olacaq  bir  ailəni  nişan
               verimmi?" ("əl-Qəsəs"  surəsi,  ayə:  2). Beləliklə,  Məryəm
               qardaşının anasının südünü əmərək, onun yanında böyüməsinə
               nail  oldu. Bu  da  bir  möcüzə  idi. Həzrət  Musa    Asiyənin
               himayəsində, öz anasının südünü əmərək böyüdü, gücləndi.
                      Həzrət Asiyə özünü "tanrıların tanrısı" elan edən Fironun
               zövcəsi olsa da, bir olan Allaha iman edirdi. Bir peyğəmbəri
               (Həzrət  Musanı)  qoruyub  saxlayan  Asiyə,  başqa  bir
               peyğəmbər  (İslam  Peyğəmbəri)  tərəfindən  təriflənmiş,
               sonuncu müqəddəs kitabda ("Quran"da) isə mədh edilmişdir.

               Cəsarət simvolu
                   Artıq  yuxarıda  qeyd  etdiyimiz  kimi,  Həzrət  Musaya
               peyğəmbərlik veriləndə, ona iman edən ilk şəxs şərəfli qadın
               Həzrət Asiyə oldu. İman etdi, ancaq imanını qəlbində saxladı,
               ərindən  gizlətdi. Fəqət  elə  bir  vaxt  gəlib  çatdı  ki,  onun
               qəlbində saxladığı imanı gizlətmək artıq mümkün olmadı. Bir
               dəfə  Firon  iman  edənlərə  necə  işgəncələr  verdiyini  böyük
               zövqlə  danışarkən,  Asiyənin  verdiyi  mənfi  reaksiyadan  hər
               şeyi başa düşdü. O, Fironun qarşısında durub qətiyyətlə dedi:
               "Ey  Firon! Nə  vaxta  qədər  qəflət  yuxusunda  qalacaq  və
               Allahın  həqiqi  bəndələrini  yandıracaqsan?"   Firon  dedi:
               "Mənim allahlığıma səndəmi şəkk edirsən?!"
                   Asiyə dedi: "Bəyəm mənim sənin allahlığına etiqadım var
               idi  ki,  bu  gün  də  şəkk  edəm? Mən  Musanı  Nil  çayından
               götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam.
               Buna görə də, bacardığım qədər onu qorudum".
                   Firon  Asiyənin  ağır  cavabından  elə  narahat  oldu  ki,
               qəzəblə  qışqırdı:  "Ey     Asiyə! Səni  elə  öldürəcəm  ki,  indiyə
               kimi  heç  kəsi  belə  öldürməmişəm."  Firon  qəzəbdən
   62   63   64   65   66   67   68   69   70   71   72