Page 68 - Islamic Studies 06
P. 68
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /67
titrəyirdi. O özü "tanrılar tanrısı" "ola-ola", arvadının Allaha
iman etməsini qəbul eləyə bilmirdi! Asiyəni yolundan
döndərmək üçün dil tökdü, müxtəlif hiylələrə əl atdı, təhdid
etdi. Ancaq bunların heç bir təsiri olmadı. Asiyə bütün varlığı
ilə Allaha inanmışdı!
Asiyənin varlığında kainatı yaradan, dağları, ovaları,
dənizləri, dərələri, təpələri, ormanları... bir sözlə, hər şeyi
yoxdan var edən, yerin və göyün sahibi Allaha iman və
Musanın söylədiklərinə tam inamdan başqa bir şey yox idi. Nə
Firondan zərrə qədər qorxurdu, nə də bir cəllad ruhlu dinsiz
qatilin həyat yoldaşı olduğuna görə, böyük Nilin yeganə
kraliçası olmasına sevinirdi...
Onun düşüncəsi sadəcə bir şeylə məşğul idi: Fironun da
onun kimi Allah-Taalaya inanması və xalqa zülm, işgəncə
verməkdən əl çəkməsi. Ancaq Firon artıq dönüşü olmayan
yolda idi...
İlahilik iddiasında olan və özündən üstün heç bir varlığı,
ünvanı qəbul etməyən Firon isə təhdidlərini daha da
artırırdı. Buna baxmayaraq, Asiyə Firona güzəştə getmir,
əksinə, ərinin təzyiqləri qarşısında Allaha imanı daha da artır;
oğulluğa götürdüyü Həzrət Musanın arxasınca getmək arzusu
daha da qüvvətlənirdi.
Asiyə üçün son qərar anı gəlib çatmışdı. Firon, bütün Misir
xalqını özünə tapınmağa məcbur etdiyi halda, arvadının "başqa
birinə" tapınmasına dözə bilmirdi. O, Asiyənin qarşısına belə
bir şərt qoydu: "Ya ərinə tapınaraq öncəki kimi ‘Nil kraliçası’
olacaq, dəbdəbəli həyat sürəcəksən, ya da Allaha iman
etməyin cəzasını görəcəksən."
Asiyə heç tərəddüd eləmədi. O, çoxdan öz qərarını
müəyyənləşdirmişdi. Onun gözəl qəlbində ancaq Allaha və
Allahın müqəddəs peyğəmbəri Həzrət Musaya yer var idi.