Page 69 - Islamic Studies 06
P. 69
Qadının zərafəti, qadının gücü./68
Qadın incə bir varlıq, yoxsa zəif bir insandır?
Quran nəzərində qadının çox yüksək məqamı vardır.
Qurani-Kərim qadınla kişini xilqət baxımından bir insani
gövhərdən və bir cinsdən yarandığını bəyan edir.
Bu asimani kitab xüsusi ilahi mərhəmətə layiq görülən,
rübubi məqamın vəhyini əldə edən, mələklərlə danışan
qadınlardan xəbər verir. Onlar Allah yolunda müqavimət və
iman ünvanı ilə bütün insanlara nümunə kimi təqdim
edilmişdir. Bu barədə həzrət Məryəm (ə) və Fironun
arvadından söhbət açan ayələri qeyd etmək olar.
Kişinin bəzi bacarıq və xüsusiyyətlərdə qadından üstün və
eləcə də, qadının bəzi xislətlərdə kişidən üstün və güclü olması
heç birinin ümumi şəkildə güclü, digərinin isə zəif olmasına
dəlil ola bilməz. Ümumiyyətlə, bu cəhətdən kişi və qadın
arasında müqayisə aparmaq düzgün deyildir. Çünki ailənin
yaşayış və məişət xərclərini təmin etməkdə atanın məsul
olması onun qadınla müqayisədə daha artıq fiziki qüvvəyə
malik olmasını tələb edir. Eləcə də, ana uşağın tərbiyəsində və
inkişafında məsul olduğuna görə ata ilə müqayisədə daha artıq
atifə və insani duyğulara sahib olmasını tələb edir. Bu da hər
1
bir şeyin öz yerində qərar tutmasını tələb edən ədalətdir.
İncə və zəif olmaq müxtəlif mərhələlərə malik olan nisbi
işlərdəndir. Yəni bir şey başqa şeylə müqayisədə kobud və
güclü hesab oluna bilər. Amma həmin şey üçüncü bir şeylə
müqayisədə zəif və incə ola bilər. Nümunə üçün: Quran
məntiqində insan zəif bir varlıq hesab edilmişdir: “Allah
istəyir ki, sizin yükünüzü yüngülləşdirsin, çünki insan zəif
1 . 1) meyil; 2) duyğu, hiss; 3) rəğbət mənalarını ifadə edir.