Page 285 - Pure Life 13
P. 285
İslamda Siyasət və Idarəetmə /327
Onun anlamında siyasət bir elm kimi etika ilə bağlıdır.
Siyasət mənəviyyatı, etika adəti nəzərdə tutur. Aristotel,
təlimini ideal polis “şəhər-dövlət” mövqeyindən işləyib.
O, belə hesab edirdi ki, polis azad və bərabər insanların
siyasi ünsiyyətidir.
“Dölət təbii inkişafların məhsuludur”. Dövlətin
yaranması ilkin sosial əlaqələrlə bağlıdır:
- Ailə-nikah əlaqələri-insan növünün mövcudluğunu
təmin edir.
- Ağa-qul münasibətləri-bu münasibətlər isə sabit
sosial birliyi təmin edir. Bu əlaqələr üzərində ailə,
icma, dölət yüksəlir.
“İnsan təbiətcə siyasi varlıqdır və dövlət (siyai
ünsiyyətdə) insanın bu siyasi təbiətinin təkamülü başa
çatır”.
Dövlət formasına görə təşkilatdır, vətəndaşların
müəyyən məcmusudur. Vətəndaş dövlətin qanunyaratma
və məhkəmə hakimiyyətində iştirak edə bilən şəxsdir.
O, dövlət formasını siyasi sistem kimi də müəyyən edir.
Bu baxımdan dövlət forması idarə edənlərin sayı ilə
müəyyən olunur. Düzgün və düzgün olmayan dövlət
formaları var: birinci halda hökmdar ümumi rifaha xidmət
edir, ikinci halda isə şəxsi xeyir güdür.
Üç düzgün dövlət forması:
- monarxiya idarə üsulu (çar hakimiyyəti)
- aristokratiya
- politiya və buna müvafiq olaraq onların əksi kimi:
tiraniya, oliqarxiya, demokratiya formaları.