Page 287 - Pure Life 13
P. 287
İslamda Siyasət və Idarəetmə /325
Ümumiyyətlə, Platon insanları üç təbəqəyə bölmüşdür.
Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer
almaqdadır. Çünki, onların mənəviyyatında düşüncə digər
duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan
insanlarda ideyaların ardıcıllığı ilə ahəngi əks olunur və
bu kimi insanlar ideal gözəlliyi də dərk edə bilirlər. Onlar
həmçinin Xeyrə doğru yönələrək ədalət və həqiqət
tərəfdarları olub, dünyanın aldadıcı özəlliklərinə
aldanmırlar. Məhz, ağıl sahibi olan insanlar müdrik
filosoflardır və onlar dövləti idarə etməlidirlər.
İkinci təbəqəni emosianal insanlar təşkil edir. Onların
mənəviyyatında emosianallıq (affektlik) payı daha çox
olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. Ancaq,
bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də ola
bilərlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı
qorumalı, öz xidməti borclarını yerinə yetirməlidirlər.
Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil
edirlər. Onların ruhları maddi aləmdən həzz almağa
meyllidir. Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə
məşğul olmalı, dövlətin maddi vəziyyətini yaxşılaşdırmalı,
ölkəyə qulluq etməlidirlər.
Dövlət Quruluşları
Platona görə bir neçə dövlət quruluşu vardır.Bunlar əsasən
aşağıdakılardır:
- Aristokratiya (yun. ἀριστεύς-sayğın soydan olan +
κράτος-hakimiyyət)-azlığı təşkil edən ən yaxşı
vətəndaşların ədalətli hakimiyyəti;