Page 286 - Pure Life 13
P. 286
/
(
326 PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
- Timokratiya (yun.τῑμή-dəyər + κράτος-
hakimiyyət)-azlığı təşkil edən hərbiçilərin və başqa
dəyərli insanların ədalətsiz hakimiyyəti;
- Oliqarxiya (yun. ὀλίγος-azlıq + κράτος-
hakimiyyət)-azlığı təşkil edən varlıların ədalətsiz
hakimiyyəti;
- Demokratiya (yun. δῆμος-xalq + κράτος-
hakimiyyət)-çoxluğun həm ədalətli, həm də
ədalətsiz hakimiyyəti;
- Tiranlıq (yun. τυραννίς-istibdad)-bir nəfərin
ədalətsiz hakimiyyəti. Platonun fəlsəfəsində ədalətli
və kamil dövlət ən yüksək idealdır. Bu dövlətdə
hamı öz vəzifəsini yerinə yetirməlidir. O hesab
edirdi ki, şəxsi mülkiyyət və ailə toplumda
qarşıdurmaların yaranmasına gətirib çıxardır. Bu
isə toplumun və dövlətin birliyini pozur. Ona görə
də, hakimiyyətdə olan təbəqənin və əskərlərin
mülkiyyəti və qadınları ümumi olmalıdır.
Qeyd etmək lazımdır ki, insanların təbəqələrə
bölünməsi prinsipi hind fəlsəfəsində də vardır.
Orada bu kimi təbəqələr “varna”lar adlanır.
Varnalar dörddür: kahinlər (brahmanlar), hərbçilər
(kşatriyalar), tacirlər və sənətkarlar (vayşyalar),
aşağılanan və heç bir hüquqları olmayanlar
(şudralar).
Qədim Yunanıstanda Siyasi Fikir
Aristotel klassik siyasi fikrin banilərindəndir. Onun siyasi
təlimi “Siyasət”, “Afina siyasəti”, “Etika” əsərlərində şərh
edilmişdir.