Page 134 - Pure Life 02
P. 134
236/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Və birin üç olması və üçün bir olması heç bir ağıla sığmır. Bütün bu
söylənilənlərdən məlum olur ki, İslam dininin bəyan etdiyi «tövhid» inancını
bəşərin ağıl və təfəkkür sahibləri həmçinin, insanların daxilindən gələn
hissləri təsdiqləyərək xristianların kor-koranə əqidə bəslədikləri «Üç Allahlıq»
inancını əsassız və məntiqsiz sayır.
Üç üqnum əqidəsinin qısa tarixi
Diqqət etmək lazımdır ki, Pavelin məktublarında «üç üqnum əqidəsi birbaşabəyan
olunmasa da, onun İsanın «Allahın oğlu» sayması, «Fəda-qurtuluş» etiqadlı
olması və onu ilahiləşdirməsindən xəbər verən risalələri», bu əqidənin
yaranmasında əsaslı rol oynadı. Elə bu səbəbdən də o, üç üqnum əqidəsinin,
banisi sayılır. Pavelin tərbiyə etdiyi kilsə rəhbərləri «üç üqnum əqidəsini»
Məsihi dininin kökü və bünövrəsi adlandıraraq, buna inanmağı hamıya vacib
saydı. «Üç üqnum əqidəsi»-nə inanmayanları isə təqib etməyə və
cəzalandırmağa başladı.
İsanın (ə) həqiqi həvariləri onun təlimlərini olduğu kimi öz şagirdlərinə
və tərəfdarlarına təbliğ edirdi. Onlar Pavelin uydurmalarına məhəl qoymadan
İsanı (ə) «Allahın oğlu» saymır, «Fəda-qurtuluş» əqidəsinin batil olduğunu
israrla vurğulayırdılar.
1
İş o yerə çatdı ki, İranaeyus (130-200) 190-cı ildə şəxsən Papa Viktora
məktub yazaraq, «üç üqnum əqidəsinə» inanmayanların qanını tökməyə
son qoymasına çağırdı. O özü də bu əqidəyə inanmırdı.
2
Tertulyant (160-220), İrgen (180-254), Dyodros, Lusyan (312), Aryus
(250-336) kimi dövrünün görkəmli şəxsiyyətləri də «üç üqnum əqidəsinə»
inanmamış və daim onunla mübarizə aparmış, hətta bu yolda şəhid olmuşlar.
Birinci əsrdə yaşayan çoxsaylı məsihi məzhəbləri, məsələn, Ebionites,
Cerinthians, Basilidians, Carporatians, Hypisistarians və sair... «üç üqnum
əqidəsinin» tam əleyhinə idilər.
1. Layunz məntəqəsinin baş keşişi.
2. Aryus, İskəndəriyyə şəhərindəki kilsənin rəhbəri idi. İsanın (ə) Allahın oğlu yox,
peyğəmbər kimi tanıyırdı. Onun tərəfdarları da onun kimi Pavelin fikirlərinin əleyhinə
idi. Arianizm firqəsi VI-VII əsrlərə qədər davam tapdı. Sonra isə şiddətli təqiblərə məruz
qaldığı üçün məhvə uğradı.