Page 164 - Pure Life 02
P. 164

206/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           1-  Allahın kamil olmaması
                        Xristianların  müqəddəs  saydıqları  bu  kitaba  əsasən  Allah  tutduğu  səhv
                        əməllərdən  peşman  olaraq  kədərlənir.  O  guya  insanı  yaratdığına  görə,
                        başqa bir yerdə isə Talutu (Şaulu) padşah etdiyinə peşman olaraq ürəyində
                        kədərlənir. Çünki Talut Allahın  əmrlərinə itaət etməyərək sözlərini yerinə
                                   1
                        yetirməyir.   Allah qəzəblənərək deyir ki, yaratdığım insanları yer üzündən
                        siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da
                                                                                       2
                        başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam.
                           2-  Allahın mütləq qüdrətə malik olmaması
                        Yəhudilərin müqəddəs kitablarının  yazdığına görə, Allah mütləq qüdrətə
                        malik  deyil.  Hətta  insanların  qarşısında  belə  acizdir.  Tövratda  Allahın
                        insanlardan qorxduğu qeyd olunur. Varlıq, 11-ci fəsil, 1-11-ci cümlələrdə
                        uca bir qüllə tikməyə başlayan insanları görən Allah bundan xoflanaraq öz
                        mələklərinə deyir: "Budur, onlar vahid xalqdır, dilləri də eynidir. Bundan
                        sonra fikirlərində  tutduqları hər şeyi etməyə  qadir olacaqlar. Gəlin aşağı
                        düşək, onların dillərini elə dəyişək ki, bir-birlərini başa düşməsinlər."
                           Açıq deyilməsə də, Varlıq, 2-ci fəsil, 2-ci cümlələr və 7-ci fəsil, 22-ci
                        cümlədə belə bir fikir hasil olur ki, altı günlük yaradıcılıqdan sonra Allah
                        yorulur və buna görə də «yeddinci günü» (şənbə) özü üçün rahatlıq günü
                        sayır, istirahət etməyə  başlayır.  "Çünki altı gün  ərzində  Rəbb göyləri və
                                                                                                3
                        yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi."
                           Allahı kiçildən fəsillərdən biri də Varlıq, 32-ci fəsil, 22-30-cu cümlələrdir. Burada
                        gecədən sübhədək Yaqubla (ə) güləşən Allah, ona məğlub olur və ombasının oynağı
                        yerindən  çıxır.  Allah  Yaquba  (ə)  yalvararaq  Onu  buraxmasını xahiş  edir.  Allaha
                        qələbə çaldığı üçün adını İsrail qoyur.
                           Tövratda bu hadisə tam şəkildə belə təsvir edilir ki, Yaqub (ə) gecə qalxıb
                        iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayını keçir.
                        Sonra Yaqub (ə) tək qalır. Dan yeri sökülənə qədər bir Şəxs (Allah) onunla
                        güləşir. Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə
                        vurur. O Şəxslə güləşərkən Yaqubun (ə) budunun oynağı zədələnir.



                        1. Şamuel (1), 15:11; Şamuel (1), 15:35
                        2. Varlıq, 6-cı fəs. 6-7-ci cüm
                        3. Çıxış, 20:11
   159   160   161   162   163   164   165   166   167   168   169