Page 185 - Pure Life 02
P. 185
185/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
vii. Süleyman peyğəmbər (ə)
İncilin zinakar, şərabxor, bütpərst və arvadbaz adlandırdığı Süleyman
peyğəmbərə (ə) Quranın baxışı ilə baxaq:
1. Süleyman (ə) Allah yanında uca məqam sahibidir. (Sad, 40)
2. Küləklərin, cinlərin, mis mədənlərinin, heyvanların, ümumiyyətlə,
hər bir şeyin hökmranlığı onun ixtiyarında idi. (Ənbiya, 81- 82;
Səba, 12-13; Sad, 36-39)
3. O elə hikmət sahibi idi ki, bütün canlı və cansızları hökmranlıq
etməsinə baxmayaraq həmişə məntiqə, ali zəkaya uyğun söz
danışandır. Olduqca ədalətli bir insan idi. Hətta «şanapipik»lə
danışarkən də, haqq-ədaləti itirmədi. (Nəml, 20, 44)
4. Quran nəzərində həzrət Süleyman (ə) elə gözəl bəndə idi ki, həyatı
boyu yeganə arzusu ilahi nemətlərinin şükrünü yerinə yetirmək
olmuşdur: «(Süleyman) dedi: İlahi, mənə və ata-anama verdiyin
nemətə görə şükür edə şükür deyə, və sənin razılığını qazanmaq
üçün saleh bir iş görüm deyə, ilham ver mənə! Rəhmətinlə saleh,
pak əməlli bəndələrin sırasına sal məni!» (Nəml, 19)
5. O elə təmiz qəlbli Allah bəndəsi idi ki, qarışqaya da belə bilərəkdən
zülm etməyə izn vermirdi. (Nəml, 17-19)
6. Süleyman (ə) hər vaxt dünya işlərilə məşğul olduqda öz-özünə
söylərdi: «Heyf ki, yaxşı işlərə əlaqəm məni özümə məşğul etdi.»
(Sad, 32)
viii. Harun
İslam dininə istinadən, Harun (ə) Musa (ə)-ın canişini sayılır. Onun imamət
məqamına da sahib olduğu iddia olunur. Elə bu səbəbdən də İncildə qeyd
olunan «buzov» əhvalatı tamamilə fərqli şəkildə Quranda zikr olunur.
Qurani-kərim Samiri adlı birisinin «buzov bütü» düzəltdiyini, Harunun (ə)
isə onun əleyhinə səylərini tamam-kamal açıqlayır. Harun (ə) Samiriyə
mane olmağa çalışsa da, bəni-İsrail tayfası onun sözlərini qəbul etmir.
(Taha, 85, 98, 150-151)
Gördüyünüz kimi, İslam dininin ən müqəddəs mənbəyi və ilahi kitabı
olan Qurani-kərim peyğəmbərləri necə də ən gözəl xüsisiyyətlər ilə təsvir
etmiş və onları çirkin əməllərdən uzaq saymışdır. Əhli-beytin kəlamlarında
da, elə bu şəkildə peyğəmbərlərə dəyər verilmişdir.