Page 217 - Pure Life 02
P. 217

153/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           Başqa  bir  bölümdə  Allahın  Yeremyanın  sözlərinə  qulaq  asmağın  və
                        onunla vəhy yolu ilə bağladığı əhdə sadiq qalmağın zəruriliyinə təkid edir.
                                                                 1
                        Onun Allahın sözlərini söylədiyini deyir.  Yəni Yeremya birbaşa Allahın
                        kəlamını eynilə xalqa çatdırır.
                           Əhdi-ətiqdə  Allah  Həzrət  Musaya  əmr  edir  ki,  ilahi  kəlamını  (vəhyi)
                                                                                        2
                        yazsın. Həmin vəhylə də, Allah Musa və bütün İsraillə əhd kəsir.  Əlbəttə,
                        bəzən Allahın söylədiyi vəhy, hazır yazı şəklində də peyğəmbərlərə təqdim
                        edilib:  "Rəbb  sizinlə  bu  alovun  içərisindən  danışdı.  Siz  Onun  danışıq
                        səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi. O sizə
                        əhdini,  yəni  əməl etmənizi buyurduğu on  əmri elan etdi. Bunları  iki  daş
                                            3
                        lövhə üzərinə yazdı."
                        Əhdi-ətiqdə vəhyin alınma növləri
                        Əhdi-ətiq peyğəmbərlərin vəhyi bir neçə formada aldıqlarını söyləyir:
                           A)  Vasitə olmadan, birbaşa Allahdan vəhy almaq. Tövrata görə Allah
                               başqa peyğəmbərlərdən fərqli olaraq yalnız Musa ilə onun gözünə
                               görünərək  birbaşa  danışır.  "Qulum  Musa  isə  elə  deyil,  O  bütün
                               evimdə  sadiqdir.  Mən  onunla  müəmmalarla  deyil,  Üzbəüz  açıq
                                                                      4
                               danışaram və O, Rəbbin surətini görür."
                           Əhdi-ətiqdə birbaşa Allahdan vəhy qəbul etmək də iki şəkildə qeyd olunur:

                        1- Xəbər vermək
                        Əhdi-ətiqdə  Allahın  Şamueli  onun  gözünə  görünmədən  çağıraraq,  ona
                        gələcəkdən xəbərlər verməsi də mövcuddur: "Rəbb gəlib orada durdu və
                        əvvəlki  kimi  «Şamuel!  Şamuel!»  deyə  çağırdı.  Şamuel  dedi:  «Danış,  ya
                        Rəbb, qulun Səni eşidir». Rəbb dedi: «Bax İsraildə elə bir iş görəcəyəm ki,
                                                         5
                        eşidənin qulaqları cingildəyəcək."






                        1. Yeremya 11:2-3
                        2. Çıxış, 34:27
                        3. Qanunun təkrarı 4:13
                        4. Saylar 12:6
                        5. Şamuel (1), 3:10-11
   212   213   214   215   216   217   218   219   220   221   222