Page 216 - Pure Life 02
P. 216
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 154
2- Allahın peyğəmbərə toxunması ilə vəhyini çatdırması
Əhdi-ətiqə görə, Allah-təala əlini peyğəmbərinin ağzına qoymaqla
kəlamını onun dililə cari edir. "Rəbb əlini uzadıb ağzıma toxundu və mənə
dedi: «Bax sözlərimi sənin dilinə qoydum. Bu gün əni millətlər və ölkələr
1
üzərinə təyin etdim."
A) Pərdə arxasından (görünməyərək) alınan vəhy
Bu vəhydən məqsəd, Allahın peyğəmbərinə görünməyərək, bir əşyada səs
yaradaraq danışmasıdır. "Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun
2
danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi."
B) Mələk vasitəsilə vəhy almaq
Başqa səmavi kitablar kimi Əhdi-ətiqdə də, mələk vasitəsilə vəhy almaq
haqqında söhbət açılıb. Həmin kitabda camaatın arasında olanda Asəf
nəslindən olan Yaxazielinona mələk vasitəsilə Allahın onlara hücum gətirən
3
böyük qoşundan qorxmamağı və ruhdan düşməməyi əmr etdiyini söyləyir.
C) Yuxuda vəhy
Əhdi-ətiqdə peyğəmbərlərin yuxuda vəhy alması haqda çoxsaylı
məlumatlar verilmişdir. Belə ki, Allah Harunla Məryəmi çağıraraq deyir:
«İndi sözlərimi dinləyin Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb
4
görüntüdə ona Özümü bildirərəm, yuxuda onunla danışaram."
Yəhudilikdə vəhyin yuxu ilə rabitəsi
Bütün ilahi dinlərdə yuxuya diqqət edilir. Lakin yəhudi dinində yuxu
görmək xüsusi əhəmiyyət daşıyır. Yuxarıda qeyd etdiyimiz kimi bəzən
peyğəmbərlik məqamı yuxuda verilir. Təlmuda görə, ümumiyyətlə yuxuya
5
peyğəmbərlik məqamından pay düşür.
Yaxud, "Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin
6
ucundadır" kimi cümlələr də elə bu mənaya işarədir.
1. Yeremya, 1:9-10
2. Qanunun təkrarı, 4 :12
3. Salnamələr (2), 20:14-15
4. Saylar, 12:5-6
5. Təlmud, 291; Bərəxud, 57
6. Şamuel (2), 23:2