Page 218 - Pure Life 02
P. 218
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 152
Əhdi-ətiqə görə, bəzən ana bətnindəki uşağa peyğəmbərlik əta edilir.
"Mənə Rəbbin bu sözü nazil oldu: Mən sənə ananın bətnində Surət
verməzdən əvvəl səni tanıdım, Doğulmazdan əvvəl səni təqdis edib
1
Millətlərə peyğəmbər etdim."
Əhti-ətiqdə vəhydən söhbət açıldıqda həmişə peyğəmbərlərə verilən
vəhylər nəzərdə tutulmur. Bələm Bauraya (Bilam) vəhyin və Allahın
ruhunun nazil olmasının yazılması da buna sübutdur. "Bilam gözlərini
qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə
Allahın Ruhu endi. O, gələcəkdən xəbər verib dedi: Budur, Beor oğlu
Bilamın kəlamı, Uzaq görən adamın kəlamı, Allahın sözlərini eşidən,
Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın
2
kəlamı."
Müqəddəs Kitabın İnseklopediyasında isə bəzən "vəhy" ilham mənasına
3
işlədilir.
Əhdi-ətiqdə vəhyin təhlili
Əhdi-ətiqdə peyğəmbərlərə verilən ilahi vəhy "sözlə bəyan"dan ibarətdir.
4
- "Allah dedi": Mən enərək orada səninlə danışacağam."
- "Allahın kəlamı nazil oldu": "Rəbb Musanın baxmağa gəldiyini görəndə
Allah kolun ortasından onu çağırıb dedi: "Musa, Musa!" O da "mən
5
buradayam"- dedi."
6
Həmçinin, Əhdi-ətiqdə nəbinin Allahla birbaşa danışıqları da qeyd olunub.
Ümumiyyətlə, Əhdi-ətiqdə "nəbi" (peyğəmbər) kəlməsindən məqsəd,
"Allahın vəhyini söyləyən ağız" deməkdir. Bu kitabda Allah Bəni-İsrailə
sonda onlar üçün öz qardaşı övladlarından Musaya oxşar peyğəmbər
göndərəcəyini buyurur. Allah həmin peyğəmbərin ağzına-dodaqlarına öz
sözlərini qoyacağını, Allah hər nə söyləsə, hər nə buyursa, peyğəmbərin
7
də, onu deyəcəyinə təkid edir.
1. Yermiya, 1:4-5
2. Saylar, 24:2 -5
3. Ceyms Hakes, Müqəddəs Kitabın İnseklopediyası, səh. 905
4. Saylar, 11:17
5. Çıxış, 3:4-5
6. Şamuel (1), 2:23
7. Təsniyə, 18-ci fəs. 17-22-ci cüm