Page 197 - Pure Life 03
P. 197

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 217

                  Buna  əsasən  də,  bu  terminin  həddləri,  onu
               başqalarından fərqləndirən sərhədləri, yaxud onun ifran və
               din kimi terminlərlə ortaqlığı o qədər də məlum deyil.
                  Amma  bu  haqda  qəti  şəkildə  demək  olar  ki,  elə  buna
               görə  də  qərblilər  sekolarizm  və  humanizm  əsaslarına
               söykənərək  müaisr  insanın  mənəvi  ehtiyaclarına  cavab
               vermək  istəyirlər.  Buna  görə  də,  Qərbdə  formalaşan
               mənəviyyat      ümumi      olaraq    sekolar    mənəviyyatlar
               növündəndir  və  liberalizm  dünyagörüşü,  ideologiyası  ilə
               uyğundur.  Misal  olaraq,  Qərbdə  aktiv  olan  Buddizm,
               Hinduizm, Çinizm kimi bəzi Şərq, yaxud da istər avropalı,
               amerikalı,  qırmızıdərililərə  məxsus  olsun,  ümumiyyətlə
               Qərb mənəviyyatlarını göstərmək olar. Bunların hamısı ya
               Qərbin  sekolar  prinsipləri  ilə  uyğundur,  ya  da  Qərb
               informasiya  vasitələri  ilə  təbliğ  olunan  rənglərlə
               çöhrələnmiş Qərb mənşəli mənəviyyatlarladır.
                  Yeni  mənəviyyatçılıq,  mənəviyyat  üçün  hətta  Allaha
               etiqad  etməyin  zəruri  olmadığını  deyir.  O  ki,  qaldı  din.
               Onların  əksəriyyəti  mənəviyyatı  ilahi  dinlər  dairəsindən
               kənarda axtarırlar, yaxud da ən azı ona nail olmağı din və dini
               maarif  tərəfindən  gözləmirlər,  tələb  etmirlər.  Mənəviyyata
               belə  yanaşmağın  nəticəsidir  ki,  hətta  şeytanpərəstlik  və
               cindarlıq da mənəvi ayinlər zümrəsindən sayılır.
                  Bəzi  daxili  yazıçılar  da  belə  iddia  etmişlər  ki,  “mənəvi
               həyat, zəruri olaraq köklü qədim dinlərdən birinə bağlı olması
               mənasında deyil, əksinə, insana aramlıq, şadlıq, ümid verən
                                                                        1
               aləmə,  insana  baxış  dünyagörüşünə  sahib  olmaqdır” .  Bu
               tərifdə  mənəviyyat  və  dindarlıq  arasında  ayrılmaz  rabitə
               yoxdur. Müasir insanın bu növ mənəviyyata ehtiyacı oradan
               qaynaqlanır  ki,  müasir  həyat  və  zaman  ruhi  problemlər,
               çətinliklər, iztirablar, qəm-qüssə, ürək sıxıntıları, özünü itirmə
               və  puçluq  hissi  yaşadır,  müasir  elm  və  ağıl  da  bu  ruhi  və
               psixoloji problemləri həll edə bilmir.

               1. “Azadlığa tərəf”, Mustafa Məlikiyan.
   192   193   194   195   196   197   198   199   200   201   202