Page 203 - Pure Life 03
P. 203

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 211

                  Əlbəttə,  şiə  cəmiyyəti  arasında  təsəvvuf  mənfi  yüklü
               məna  daşıyır,  amma  irfanın  müsbət  mənası  var.  Nəzərə
               çarpır  ki,  təsəvvufun  mənfi  yükü  hicri  11-ci  əsrdən  və
               Sədrül-Mütəəllihin Şirazi (Molla Sədra: vəfatı 1050 h.q.),
               Molla  Məhəmməd  Tahir  Qumi  (vəfat:  1098  h.q.),  Molla
               Məhəmməd  Baqir  Məclisi  (1038-1111  h.q.)  kimi
               şəxsiyyətlərin sufilərlə şiddətli müxalifətçiliklərindən sonra
               yayıldı.  Bu  zamandan  sonra,  irfan  sözü  müqəddəs  sayıldı
               və  həqiqi  ariflərə  aid  olunur.  Amma  təsəvvuf  sözü  mənfi
               məna kəsb etdi və daha çox özlərini arif kimi görtərənlərə,
               yaxud  yalançı  irfanlara  haqqında  işlənir.  Hələ  də  şiə
               arasında  bu  terminlərin  bu  mənada  işlənir.  Buna  əsasən,
               Molla  Hüseynqulu  Həmədani,  Qazi  Təbatəbai,  Əllamə
               Təbatəbai, İmam Xomeyni kimi şəxsiyyətləri heç vaxt sufi
               adlandırmırıq, əksinə, onlara arif deyirik.
                  Şəhid  Mütəhhəri  də  bu  iki  terminin  fərqinin  “irfan”ın
               ariflərin əməli mədəniyyətlərinə, “təsəvvuf”un isə onların
               ictimai  yönlərinə  işarə  etdiyində  olduğunu  deyir.  İzahı:
               Ariflər  müfəssirlər  (təfsirçilər),  müəddisan  (hədisçilər,
               hədis alimləri), mütəkəllimlər, fəqihlər, ədiblər və şairlər
               kimi  İslam  aləmindəki  başqa  təbəqələrin  əksinə  olaraq,
               mədəni bir təbəqə olmalarına və əməli və nəzəri hissələrə
               bölünən  “irfan”  adlı  bir  elm  yaratdıqlarına  əlavə  olaraq,
               ictimai bir təbəqə də formalaşdırdılar.
                  Ariflərin  zövq  müxtəlifliklərinə  baxmayaraq,  onlara
               müəyyən düşüncələr sisteminə malik olan, hətta başqaları
               ilə  rabitədə,  yaşayışda,  geyimdə,  üst-başlarına  diqqətdə
               özlərinə məxsus yolları olan, xüsusi ibadət mərkəzləri və
               s.  kimi  şeylərə  malik  olan  bir-birinə  bağlı  ictimai  bir
               təbəqi kimi baxmaq olar. Bu təbəqə nə zaman mədəni bir
               qrup  kimi  nəzərə  alnsa,  “arif”  və  nə  zaman  ictimai
                                                          1
               yönlərinə işarə olunsa, “sufi” adlanırlar.

               1. Mütəhhərinin “Əsərlər Məcmuəsi”, 14-cü cild.
   198   199   200   201   202   203   204   205   206   207   208