Page 205 - Pure Life 03
P. 205

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 209

                  Eyni halda, belə idrakı dadan şəxslər ola bilər ki, bunu
               başqalarına  izah  etmək,  onları  da  özlərinin  bu  mənəvi
               təcrübə, batini intiusiyası (şühud) ilə tanış etmək istəsinlər.
               Belə  olan  halda  onların  məfhumlardan,  zehni  surətlərdən,
               sözlərdən  istifadə  etməkdən  başqa  yolları  yoxdur.  Çünki
               sözlərdən  və  məfhumlardan  istifadə  etmədən  öz  mənəvi
               təcrübələrini başqalarına çatdıra bilməzlər. İntuitiv (şühudi)
               idrak  şəxsi,  fərdi  idrakdır  və  onu  heç  bir  şəkildə  olduğu
               kimi başqalarına ötürmək olmur.
                  Yalnız sözlərdən və zehni surətlərdən istifadə  etməklə
               onun haqqında başqalarında təsəvvür yaratmaq olar. Belə
               bir  işə  “Nəzəri-İrfan”  deyilir.  Buna  əsasən  Nəzəri-İrfan,
               “Hüzuri”  (vasitəsiz)  elmdən  “hüsuli”  (vasitəli)  elm
               almaqdan və  hüzuri elmi, batini intiusiyanı (şühudu) söz
                                                                      1
               qəliblərinə, zehni məfhumlara tökməkdən ibarətdir.
                  Hərçənd ki, irfanın öz inkişafının ilkin mərhələlərində
               və  yaranmasının  ilk  əsrlərində  daha  çox  Əməli-İrfan
               dediyimiz  formasında  yayılmışdı.  Amma  bu  elm  də
               həmçinin xüsusi dəlillərə əsasən get-gedə nəzəriləşmiş və
               aləmə, insana, Allaha özünün xüsusi baxışı ilə fəlsəfə və
               kəlam elmi ilə yanaşı fikri və nəzəri sistem irəli sürən bir
               elm kimi çıxış etdi.
                  Buna  görə  də  Nəzəri-İrfanda  varlıq,  Allah,  insan  və
               onun  son  taleyi  haqqında  danışılır.  Əlbəttə,  nəzəri-irfan
               fəlsəfə, kəlam, Quran və hədislə rabitədə olan fənnlərarası
               bir  elmdir.  Necə  ki,  əməli-irfan  da  fənnlərarası  elmdir,
               çünki fiqh və əxlaqla rabitədədir.
                  Ola bilər ki, “İrfan termini müqəddəs bir termindir və
               onu  hər  hansı  bir  şəkildə  metafizik  məsələlər,  yaxud
               fövqəl-təbii qüdrətlər haqqında danışan hər bir məktəbə və
               qrupa aid etmək layiq deyil” deyilsin.




               1. “İslam İrfanı axtarışında”: Misbah Yəzdi.
   200   201   202   203   204   205   206   207   208   209   210