Page 200 - Pure Life 03
P. 200

214 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Fəridəddin  Əttar  Nişapuri  təsəvvufun  tərifində  belə
               yazır:  “Təsəvvuf  nədir?  –  Səbirlə  istirahət  etmək,  bütün
                                                        1
               aləmdən tamahı çəkməkdən ibarətdir”.
                  Aydındır  ki,  əgər  təsəvvufdə  məqsəd  bu  böyük
               alimlərin  sözlərində  deyilən  məna  olsa,  bu  tərflərə
               olunan  bəzi  bir  sıra  cüzi  iradları  nəzərə  almasaq,  onun
               irfanla  fərqi  olmayacaq  və  heç  bir  müsəlman  alimi
               onunla  müxalif  ola  bilməz.  Əgər  “Misbauhl-Hidayə  və
               Miftahul-Kifayə” kitabında deyildiyi kimi – “Sufilərdən
               məqsəd  “Vasilan”  (vusala  çatanlar),  “Kamilan”dır
               (kamillər     şəxslər)    və     Quran     onlar     haqqında
               “Müqərriban” (yaxın olalar) və “Sabiqan” (öndə olanlar)
               deyə  təbir  edir.  Onlar  nəinki  yalnızca  bir  ad  olaraq
               rəsmi şəkildə başqalarından fərqlənən şəxslərdir.
                  Kim  Allahın  “müqərrəb”  (yaxın)  bəndələri  və  kamal
               cərgəsinin öndə olanlar ərəcəsinə çatarsa, təriqət böyükləri və
               həqiqət sahibləri onu sufi adlandırırlar, istər rəsmi şəkildə sufi
               adlansınlar istər adlanmasınlar.” –olarsa, belə olan halda nəinki
               onunla  müxalif  olmazlar,  əksinə,  hamılıqla  bərabər  gərək  o
               yolda çalışaq. Amma əgər təsəvvufu nümunəsi ilə tərif etsək,
               sufi  kimi  tanınan  bir  çox  şəxslər  haqqında  belə  tərif  elmi  və
               əməli  olaraq  onlara  aid  olmaz.  Onlar  nəinki  şəriətə  əməl
               etmirlər, hətta öz müridlərini də əməldən çəkindirirlər. Nəinki
               dünya  və  maddiyyatdan  qaçmırlar,  uzaq  durmurlar,  əksinə
               həmişəmal-mülk  toplamaqdadırlar.  Nəinki  yalnızca  bütün
               aləmdən  tamahlarını  kəsmirlər,  hətta  bütün  aləmə  tamah
               salmışıar. Nəinki yalnızca ad-sandan qaçmazlar, hətta onların
               bütün səy və nigarançılıqları ad-sandır, dükan açmaqdır.
                  Nəinki  öz  günahlarına  tövbə  etməzlər,  öz  məqamlarnı
               tövbə  etməkdən  üstün  bilərlər  və  özlərini  mütləq
               məsumiyyət  məqamına  sahib  olduqlarını  və  nəcisin
               murdarlaya bilmədiyi miqdarda olan su hesab edirlər.


               1. “İlahinamə”, 2726-cı beyt: Fəridəddin Əttar Nişapuri.
   195   196   197   198   199   200   201   202   203   204   205