Page 206 - Pure Life 03
P. 206

208 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Yəni Allahın, Onun Adlarının, Sifətlərinin və fellərinin
               intiutiv  (şühudi)  dərkinə  yetişmək  üçün  əməli  şəkildə
               məşğul  olan  bir  şəxsin  yoluna,  seyri-sulukuna  “Əməli-
               İrfan” deyilir. Əməli-irfanda, tövhidin bütün mərhələrində
               intiusiya (şühud) məqamına çatmaq üçün salikin özünün,
               aləmin  və  Allahın  qarşısında  vəzifəsinin  nə  olmasından,
               hansı nöqtədən başlamalı, hansı mərhələləri, mənzilləri və
               məqamları arxada qoymasından, hansı mənzildə ona hansı
               halların  üz  gətirməsindən,  hər  bir  mənzil  və  məqamın
               zərəri və bu zərərlərlə mübarizə yollarından danışılır.
                             1
                  Az  fərqləri   olsa  da  əməli-irfan  əxlaq  elminə  çox  bənzəyir.
               Daha gözəl təbirlə desək, əməli-irfanı bəzən, “fəlsəfi-əxlaq” və
               “nəqli-əxlaq” müqabilindəki “irfani-əxlaq” adı ilə tanınan əxlaq
               növündən hesab etmək oalr. Digər əxlaqi təhqiqatlara nisbətən
               onun  fərqləndirici  xüsusiyyəti,  insanın  vücudi  təkamülünü
               yalnızca üfüqi müstəvidə yox, əksinə, buna əlavə olaraq şaquli
               müstəvidə də inkişafının olduğunu deyir. İddia edir ki, insanın
               şaquli istiqamətdə təkamülünü onun öz ixtiyarına qoyur və onu
               nəbat  (bitki)  və  heyvan  mərtəbəsindən  insani,  mələk  və  ilahi
               mərhələyə çatdırır.
                  Buna əsasən, nəqli və əqli əxlaqda şəxsin əxlaqlı olması üçün
               məntiqi ardıcıllığın və bir-birinə söykənən nizamın varlığı zəruri
               deyil.  Amma  irfani-əxlaqda  xüsusi  dərəcələndirmə  və
               mərhələləri  bölmə  ilə  üzbə-üzük.  Xacə  Abdullah  Ənsarinin
               (396-481 h.q.) yazdığı “Mənazilus-Sairin” kitabı əməli-irfan və
                                                       2
               ya irfani-əxlaq kitablarının ən məşhurdur.

               1. M. Mütəhhərinin  bu haqda nəzəri ilə tanış olmaq üçün bax: “Əsərlər
               Məcmuəsi” kitabı, 14-cü cild.
               2.  Buna əlavə olaraq,  “Tavusul-Fuqara” (fəqirlərin  tavusu)  ləqəbi  ilə  tanınmış
               Əbu Nəsr Sərracın (vafat: 378 h.q.) “Əllümə-fi-Əttəsəvvuf”, Əbu Talib Məkkinin
               (vəfat: 386 h.q.) “Qutul-Qulub fi Müamilətul-Məhcub və Fəsfi Tariqil-Murid ilə
               Məqamit-Tövhid”, İbn Sinanın (370 -428 h.q.) ariflərin məqamı haqqında yazdığı
               “Əl-İşarat”  kitabının  9-cu  bölməsi,  Əbul-Qasim  Quşeyri  Nişapurinin  (377-465
               h.q.)  “Risalətul-Quşeyriyyə”,  Xacə  Nəsirəddin  Tusinin  (fəvat:  672  h.q.)
               “Ovsaful-Əşraf” kitabları əməli-irfana, yaxud irfani-əxlaqa aiddir.
   201   202   203   204   205   206   207   208   209   210   211