Page 198 - Pure Life 03
P. 198

216 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  İmam Sadiqin (ə) bir qrup sufi ilə qarşılaşması dastanı və o
               həzrətin  (ə)  onlarla  mübahisələri  geniş  şəkildə  “Kafi”
                                                                      1
               kitabında gəlmişdir, oxucular ora müraciət edə bilərlər.
                  Maraqlanan  oxucular  İmamların  (ə)  sufilərin  məzəmməti
               haqqında  nəql  olunmuş  rəvayətlərlə  tanışlıq  üçün  Müəqəddəs
               Ərdəbili  kimi  tanınan  Molla  Əhməd  ibn  Məhəmmədə  (vəfat:
               993  h.q.)  aid  olan  “Hədiqətüş-Şəriət”  kitabına  müraciət  edə
               bilərlər.  Bu  kitabda  imamlardan  (ə)  bu  zəmində  nəql  olunan
               çoxlu  rəvayətlər  toplanmışdır.  Hər  halda,  bu  mövzu  ilə  bağlı
               rəvayətlərin  bəzilərinin  sənəd  silsiləsindəki  iradları  nəzərə
               almasaq,  ümumi  olaraq  demək  olar  ki,  bu  məzəmmətlər
               təsəvvuf  haqqında  belə  təriflərin  ən  azı  bəzi  təsəvvuf
               iddiasında olanlara aid olmadığına işarə edir, əks halda həqiqi
               din övliyalarının məzəmmət obyektinə çevrilməzdilər.

               1.3. Mənəviyyat
               Son  zamanlar  yayılmış  terminlərdən  biri  də  “mənəviyyat”
               sözüdür. Bəzi yazarlar yeni əsri mənəviyyat əsri adlandırmışlar və
               hətta belə proqnoz vermişlər ki, XX əsr ya mənəviyyat əsridir, ya
               da ümumiyyətlə “əsr” deyilən bir şey olmayacaq. Yəni, bəşər öz
               əli ilə yaratdığı kütləvi qırğın vasitələri ilə və modernizm əsri ilə,
               müxaniki  həyatın  tələbləri  ilə  yanaşı  əgər  mənəviyyata  sarı
               yönəlməsə,  həlak  olmağa  sürüknələcək.  Abzerovator  jurnalı
               Fransa  çağı  Andrey  Malrodan  nəql  edir:  bir  müddət  Fransanın
               mədəniyyət  naziri  işləyən  fransız  yazıçı  yazır:  “XXI  əsr  ya
                                                                     2
               ümumiyyətlə olmayacaq, ya da mənəviyyat əsri olacaq”.
                  Amma  görəsən  “mənəviyyat”da  məqsəd  nədir?  Bu
               termin  neçə  vaxtdır  ki,  qərb  yazıçılarının  yazılı
               ədəbiyyatlarında müzakirə olunur, amma təəssüflər olsun,
               indiyə    qədər     heç    bir    lüğər    kitabları,   yaxud
               “ensiklopediya”lar      bu     termin      haqqında      bütün
               nümunələrini əhatə edən dəqiq tərif verməmişdir.

               1.  “Əl-Furu  min  Əl-Kafi”,  Məhəmməd  ibn  Yəqub  Kuleyni,  c.  5,
               “Sufilərin İmam Sadiqlə (ə) görüşü” bölməsi.
               2. “İmam Xomeyni əsri”, Mir Əhməd Rza Hacəti.
   193   194   195   196   197   198   199   200   201   202   203