Page 207 - Pure Life 03
P. 207

İrfan və mənəviyyatın həyatımızdakı rolu
                                  Müəllif: Əhmədhüseyn Şərifi
                                                          1
                                   Tərcüməçi: Rauf Musayev
                                                         2
               Məqalənin qısa xülasəsi
               Məqalədə  irfan  və  mənəviyyatın  insan  həyatındakı  rolu
               haqda  bəhs  edilmişdir.  Həmçinin,  şühudi  idrakların
               çoxluğuna və müxtəlifliyinə diqqə çəkilmiş, amma onların
               hamısının  irfan  olmadığına  təkid  edilmişdir.  İrfanın
               əslində,    Allah-taalanın,  Onun  Adlarının,  Sifətlərinin  və
               Fellərinin  şühudi  və  batini  idrakından  ibarət  olması
               vurğulanmışdır. Bu məqalədə, məhz belə bir həqiqi irfanın
               insan həyatındakı roluna toxunulmuş, araşdırılmışdır.

               İrfanın Mənası
               “İrfan”  və  “idrak”  sözləri  lüğətdə  “tanımaq”,  “dərk
               etmək” mənasınadır. Amma terminologiyada fərqlənirlər.
               İdrak hər növ tanımağa və dərkə aid olunur. Amma irfan
               isə  daxili  “intiusiya”  (şühud)  və  batidi  tapıntı  və  dərk
               vasitəsilə  hasil  olan  xüsusi  idrakdır.  Buna  əsasən,  irfani
               idrak  əqli  idrakdan  fərqlənir.  İrfani  idrak  məfhumlar,
               sözlər və zehni surətlər növündən deyil.
                  Əksinə,  kəşf  etmək  və  əldə  etmək  növündəndir.
               Əlbəttə, belə bir “tapıntı” hər bir kəs üçün asanlıqla əldə
               olunmur. Belə bir dərkə yetişmək üçün xüsusi mərhələlər
               qət  etməyə,  “riyazət”lər  (nəfslə  mübarizə)  yerinə
               yetirməyə  və  mənəvi  məşğələlərə  ehtiyacımız  var.  Bu
               mənəvi  məşqlər  və  “Seyri-Suluk”  metodları  və  yolları
               “Əməli-İrfan”  adlanır.  Əlbəttə,  əməli-irfan  başqa  bir
               termin olaraq bu mərhələləri qət etməyə deyilir.


               1.  İmam  Xomeyni  Təhsil  və  Araşdırma  İnstitutu,  Qum,  iran,
               sharifi@sharifi49.ir
               2.  Əl-Mustafa  BeynəlxalqVirtual  Universiteti,  Qum,  iran,
               rauf-imranoqlu@yandex.ru
   202   203   204   205   206   207   208   209   210   211   212