Page 201 - Pure Life 03
P. 201

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 213

                  Cüneyd Bağdadi deyir: “Təsəvvuf – cəmiyyət ilə olan zikr,
                                                                     1
               dinləməklə olan vəcd və itaət etməklə olan əməl idi”.  Yaxud
               digər  bir  yerdə  belə  demişdir:  “Təsəvvuf  –  heç  bir  birləşmə
                                                    2
               olmadan Allahla bir yerdə olmaqdır”.
                  Yaxud  da  Əbu  Məhəmməd  Cəriri  (vəfat:  311  h.q.)
               təsəvvufun tərifində deyir: “Təsəvvuf – hər bir ali xasiyyətə
                                                                             3
               daxil  və  hər  bir  alçaq  xüsusiyyətdən  xaric  olmaqdır”.
               Əbülhəsən Nuri demişdir: “Təsəvvuf – bütün nəfsi ləzzətləri
                                         4
               tərk etməkdən ibarətdir”.  Şibli deyir: “Sufi o kəsdir ki, iki
               aləmdə Allahdan başqa heç bir şeyi görməsin”.
                                                               5
                  Əbu  Səid  Əbul-Xeyr  “Təsəvvuf  nədir?”sualının
               cavabında dedi: “Allah-taalanın əmr və nəhyi müqabilində
               səbir  etmək  (itaətə  səbir)  və  İlahi  qəzaya  razi  və  Ona
                                   6
               təslim  olmaqdır”.   Başqa  bir  yerdə  də  “Sufi  kimdir?”
               sualının  cavabında  belə  deyir:  “Fikrində  olandan
               çəkinmək,  əlində  olanı  vermək  və  sənə  gələcək  şeyi
                                 7
               axtarmamaqdır”.   İbn  Ərəbi  “Təsəvvuf  nədir?”  sualının
               cavabında  deyir:  “Təsəvvuf  şəriətə  zahirən  və  batinən
                                                          8
               əməl  etməkdir  və  bu,  gözəl  əxlaqdır”.   Başqa  bir  yerdə
                                                                     9
               deyir:  “İlahi  əxlaqla  zinətlənmək  təsəvvufdur”.   Seyid
               Heydər Amuli yazır: “Təsəvvuf – sözdə, əməldə, düşüncə
                                                         10
               və halda İlahi əxlaqla zinətlənməkdir”.  Sufilərdən birinə
               mənsub olan bir şeirdə təsəvvuf belə nəzmə çəkilmişdir:
                            Təsəvvuf dörd sözdən artıq bir şey deyil,
                                 “Ta”, “Sad”, “Vav”, və “Fa”.


               1. “Risaleyi-Quşeyriyyə”.
               2. “Misbahul-Hidayə və Miftahul-Kifayə”.
               3. Həmin yerdə.
               4. “Kəşful-Məhcub”.
               5. Həmin yerdə.
               6. “Əsrarut-Tövhid fi Məqamatiş-Şeyx Əbi Səid”: Məhəmməd ibn Munəvvər.
               7. Həmin yerdə və “Nəfəhatul-Üns”də.
               8. “Əl-Futuhatul-Məkkiyyə”: Muhyiddin ibn Ərəbi, c. 2.
               9. “Əl-Futuhatul-Məkkiyyə”, c. 2.
               10. “Cameul-Əsrar və Mənbəul-Ənvar”: Seyid Heydər Amuli.
   196   197   198   199   200   201   202   203   204   205   206