Page 202 - Pure Life 03
P. 202

212 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Bu  təbəqənin  “sufi”  və  bu  cərəyanın  “təsəvvuf”
               adlanmasının səbəbi haqqında bir çox sözlər deyilımişdir:
                         1.  “Yun” paltar geyinmək,
                         2.  “Siffə” səhabələrinə oxşarlıq
                         3.  daxili paklığa sahib olmaq,
                         4.  İlahi  dərgaha  yaxın  olanların  (müqərriban)
                      birinci cərgəsində yer almaq,
                         5.  “Sufanə” kimi səhra bitkiləri ilə qənaətlənmək,
                         6.  “Sufya”dan      (hikmət)    bəhrələnmək     kimi
                      səbəblərin hər biri müsəlman təhqiqatçılardan bir neçə
                      nəfərin  vasitəsilə  bu  təbəqənin  belə  adlanmasının
                                         1
                      izahındə gəlmişdir.
                  Bəziləri sufi sözünün tarixini İslamdan öncəki dövrlərə
               qədər  aparmışlar.  Amma  hicrətin  2-ci  əsrində  bu  termin
               mövcud olması dəqiqdir.
                  Təsəvvuf  və  sufinin  həqiqətinin  izahı  üçün  müxtəlif
               təriflər  qeyd  olunmuşdur.  Söhrəvərdi  “Əvariful-Məarif”
               kitabında  təsəvvuf  böyüklərinin  nəzərlərinin  təsəvvufun
               həqiqəti  haqqındakı  nəzərlərinin  mindən  çox  olduğunu
               deyir. Buna əsasən, irfan və təsəvvufun rabitəsinin bəyanı
               üçün  əvvəlcə  gərək  təsəvvuf  haqqında  öz  məqsədini
               açıqlayaq.  Həqiqət  budur  ki,  sufilərin  böyüklərinin  qeyd
               etdiyi  təriflərin  bəzilərində  təsəvvufun  irfanla,  əsasən  də
               əməli-irfanla  fərqi  yoxdur.  Misal  olaraq,  Məruf  Kərxi
               təsəvvufun  tərifində  deyir:  “Təsəvvuf  –  həqiqətlərin  əxz
               olunması, incəlikləri söyləmək və xalqın əlində olanlardan
                                   2
               naümid olmaqdır”.

               1. “Kəşfül-Məhcub” – Əbül-Həsən Əli ibn Osman Hucveyri, “Risaleyi-Quşeyriyyə”
               –  Abdulkərim  Quşeyri,  “Əl-Lümə  Fi-Təsəvvuf”  –  Əbu  Nəsr  Sərrac  Tusi,
               “Əvariful-Məarif” – Ömər İbn Məhəmməd Söhrəvərdi, “Əsasul-Bəlağət” – Məhmud
               ibn Ömər Zəməxşəri, “Təhqiqum-Ma Lil-Hİnd” (c. 1) – Məhəmməd ibn Əhməd Əbu
               Reyhan Biruni, “Hilyətul-Övliya və Təbəqatul-Əsfiya” (c. 1) – Əhməd ibn Abdullah
               Əbu Nəim, “Tarixi İbn Xəldun” (c. 1) – Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun,
               “Misbahul-Hidayə” – İzzəddin Mahmud ibn Kaşani.
               2. “Təzkirətul-Övliya”: Fəridəddin Əttar Nişapuri.
   197   198   199   200   201   202   203   204   205   206   207