Page 199 - Pure Life 03
P. 199

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 215

                  Sufiliyin  rəvayətlrdə  də  məzəmmət  olunması  ondan
               xəbər  verir  ki,  belə  təriflərin  xarici  obyektiv  aləmdə
               nümunəsi yoxdur. Əks halda İmamların (ə) sufilərlə ciddi
               ciddi  müxalifətçiliyinə  yer  yoxdur.  Həzrət  Rəsulallahdan
               (s)  sufilərin  məzəmməti  haqqında  belə  nəql  olunmuşdur:
               O həzrət (s) Əbuzərə buyurdu:
                  “Axirəzzamanda  bir  qrup  meydana  gələr  ki,  yay-qış  yun
               paltar  geyinərlər,  güman  edərlər  ki,  yun  paltar  geyinməklə
               başqalarından  üstündürlər.  Belləri  səmavi  mələklər  və  yer
               üzündə  olan  mələklər  tərəfindən  lənət  və  nifrin  olunarlar”.
               Yaxud  da  o  həzrətdən  (s)  nəql  olunan  başqa  bir  hədisdə,
               sufiləri kafirlərdən daha azmış şəxslər kimi tanıtdırır və onların
               atəş əhli olduqlarını deyir və haqlarında belə buyurur: “Onların
               səsi uzunqulağın səsi kimidir”. Bir qrup sufi İmam Rzaya (ə)
               Məmunun  müavinliyini  qəbul  etdikdən  sonra  belə  dedilər:
               “Sizlər hərçəndki bu məqama ən layiqli olanlarsınız, amma yun
               paltar geyinməli və sufilərin zahirinə uyğun olmalısınız”.
                  İmam  (ə)  onlara  tənə  vuraraq  belə  dedi:  “Niyə  əsas  olanı
               kənara qoyub ikinci dərəcəli şeyələrdən yapışmısınız?! Hakimin
               əsas vəzifəsi rəftar və hökm verməkdə ədaləti icra etmək, sözdə
               sədaqətli olmaq və əhdə vəfa etməkdir.” Daha sonra – “Allahın
               Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim
               haram  buyurmuşdur?”  ayəsini  oxumaqla  həzrət  Yusifin  (ə)
               geyim  tərzinə  işarə  edərək  onlara  çatdırdı  ki,  Allahın
                                                                             1
               zinətlərindən,  nemətlərindən  istifadə  etməyin  iradı  yoxdur.
               Onlardan bəziləri İmam Rzaya (ə) etiraz etdilər ki, necə zahidlik
               iddiası edir, bir halda ki, maddi nemətlərdən çox istifadə edir,
               çox bəhrələnirsən! İmam (ə) cavab olaraq təzə və gözəl libasının
               altındakı köhnə paltara işarə edərək buyurdu: “Üstdəki geyim
               camaat, onun altındakı isə Allah üçündür”. İmam (ə) bununla
                                                                    2
               onlara çatdırdı ki, onların bir çox işləri riya üzündəndir.




               1. “Biharul-Ənvar”, c. 1, s. 351, “Həzrət Rzanın (ə) mübahisələri”, 11-ci hədis.
               2. Həmin yerdə, c. 8, s. 222, “Namazda icazəli geyim” bölməsi, 8-ci hədis.
   194   195   196   197   198   199   200   201   202   203   204