Page 204 - Pure Life 03
P. 204

210 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Əlbəttə,  doğrudur  ki,  bu  gün  bizim  cəmiyyətdə  və
               iranlıların camaatarası dilində “irfan” və “arif” müqəddəs
               və  ehtiramlı  sözlərdir   və  onları  hər  bir  şəxsə,  hər  bir
                                       1
               qrupu  aid  etmək  olmaz.  Amma  əvvəla,  bu  termin  elm
               müstəvisində “həqiqi” və “yalan” irfanın hər ikisinə də aid
               olur,  ikinsici  isə,  öz-özlüyündə  müqəddəs  olsa  da,
               sonlaralar onun üçün saxta əvəzləyicilər yarandığına görə
               onlara da aid olunmuşdur.
                  Buna  görə,  irfan  termini  bir  çox  mənaları  və  Allahsız
               irfandan  tutmuş  dini  və  həqiqi  irfana  qədər  bir  sıra
               cərəyanları əhatə edir. Buna əsasən, irfana maddi və dünyəvi
               baxışları da həmçinin bir növ irfan hesab etmək olar və bu
               termini  münaqişəsiz  onlar  haqqında  da  işlətmək  olar.  Necə
               ki,  din  termini  də  bəzən,  məsələn  “Marksizm”  kimi  əsas
               məqsədi  dinə  zidd  olan  məktəb  və  cərəyanlar  haqqında  da
               işlənir  və  yaxud,  Quranın  təbiri  ilə  desək,  Peyğəmbərə  (s)
               müxaliflərin  və  kafirlərin  məsləkləri  də  din  adlanır:  “Sizin
               dininiz sizə, mənim dinim mənə” (Kafirun-6). Bu məsələnin
               həqiqi dinin müqəddəsliyi ilə ziddiyyəti yoxdur.

               1.2. Təsəvvuf (sufizm)
               “Təsəvvuf” və “irfan” sözləri bir çox yazılarda eyni mənalı
               kimi  götürülür.  İki  müxtəlif  söz  olsalar  da,  amma  bir
               həqiqətin izahı üçün istifadə olunur. Bəziləri isə təsəvvufu
               “İslam-İrfanı”  ilə  eyni  mənalı  götürür.  Buna  əsasən,
               “məsihi təsəvvufu”, “yəhudi təsəvvufu”, “hind təsəvvufu”
               kimi  birləşmələri  düzgün  hesab  olunmur.  Bu  gün,  bu
               termin  şərqşünaslar  və  islamşünaslar  cəmiyyətində
               yayılmışdır. Onlar təsəvvuf və sufizm haqqında danışanda
               İslam irfanından başqasını nəzərdə tutmurlar.


               1.  Buna  görə  də  irfan  bir  çox  mənfəət  güdən  və  fürsət  axtaranların  diqqətində
               olmuşdur. Onlar camaatın irfana və ariflərə ehtiramla yanaşmasından istifadə edərək
               özlərini irfan əhli, mərifət mürşidləri kimi göstərir, sadlövh insanları öz ətraflarına
               toplayırlar ki, özlərinin iqtisadi, siyasi, ictimai, mədəni mənfəətlərini əldə etsinlər.
   199   200   201   202   203   204   205   206   207   208   209