Page 109 - Pure Life 07
P. 109
İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 127
a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər
oturaraq əski parçalarının üzərinə tökdükləri quru
çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn (ə)
onların yanından keçərkən onu da yeməyə dəvət
etdilər. İmam (ə) fağırların dəvətini qəbul etdi və
onlarla bərabər diz üstə əyləşib çörək qırıntılarından
yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki, Allah-
1
taala təkəbbürlü (loğva) insanları sevmir.» Yeyib
qurtardıqdan sonra isə buyurdu: «Sizi evimə dəvət
etsəm qəbul edərsinizmi?»
Dedilər: «Bəli.» İmam onları evinə apardı və
2
möhtəşəm qonaqlıq verdi.»
b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim,
zavallı uşağın yol kənarında yığışaraq quru çörək
yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da
birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların
dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub
çörək yedi. Sonra onları ehtiramla evinə aparıb
qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi.
İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir,
çünki onlar əllərində olan yeganə azuqələrini
3
mənimlə palyaşdılar.»
v) Biyabanda yaşayan köçəri bir ərəb İmam
Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: «Sən
çox təkəbbürlü görünürsən?»
1. Nəhl surəsi 23-cü ayə.
2. «Təfsiri-Əyyaşi», c. 2, səh. 257; «Kitabüt-təvazö vəl-xəmul»,
səh. 142; Zəməxşəri, «Rəbiül-əbrar», səh. 210.
3. «İhqaqül-həqq», c. 11, səh. 430; Xarəzmi, «Məqtəl», səh. 155.