Page 112 - Pure Life 07
P. 112
124 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var
ki, siz bunun üçün kənizi azad etdiniz?»
İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə
etmişdir: Ənəs ibn Malik«Sizə xeyirxahlıq etdikdə
siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün
1
hədiyyə edin.»
d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu
vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi.
İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə
buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək
üçün gələn puldan bir şey qalıbmı?»
Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»
İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını
buraya gətir. Bu şəxsin pula bizdən daha çox
ehtiyacı var.»
Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq,
belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər
2
sonda torpaqla örtüləcək.»
e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol
kənarında kimsəsiz itə yemək verən, nəvaziş
göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini
soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də
kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal
oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»
1. «Kəşfül-ğümmə», c. 2, səh. 206; İbn Abbas Maliki, «Fusulül-
mühimmə», səh. 159; «İhqaqül-həqq», c. 11, səh. 241.
2. «Biharül-ənvar», c. 44, səh. 189, İbn Şəhr Aşub, «Mənaqib”, c. 4, səh. 121.