Page 223 - Pure Life 09
P. 223
Siyasət Elminə bir Baxış/ 247
Misal olaraq, İran İslam Respublikasının
konstitusiyasından belə bir nəticə çıxarmaq olar ki, o,
hökuməti dövlətə nisbətdə daha məhdud hesab etmiş
və elə ilkin prinsip olaraq aşkarcasına belə bəyan
etmişdir: “İran hökuməti İran millətinin haqqın, ədalət
və Quranın hakimiyyəti ilə bağlı qədim zamanlardakı
etiqadına əsasən, İslam inqilabının ardınca... ona
müsbət rəy verdiyi islami respublikadır.”
Əgər bu mətləb “İslam respublikası imana
prinsipinə əsaslanan bir sistemdir.” deyə bildirən
ikinci maddə ilə müqayisə olunarsa, belə bir nəticə
hasil olacq ki, İran hökuməti islami formaya malik
olan sistemdir və bu mətləb dövlətin birinci tərifinə
zəmanət verir.
Üçüncü prinsipdə islami respublikanın dövləti
üçün sadalanan vəzifələrdən dövlətin bu bəyana
əsasən, ölkənin rəsmi təşkilat və məqamlarına
(vəzifələrinə) şamil olduğunu hesab etmək olar ki,
1
bu da hökumətin tərifinə tətbiq edilir.
Geniş yayılmış siyasi ədəbiyyatda dövlətlə bağlı
pərakəndə və fərqli təriflər təqdim olunur. Onların
aşağıdakı bəzi nümunələrinə işarə etmək olar:
Alen Beyronun onun üçün dörd mənanı qeyd
etdiyi “ictimai elmlər lüğəti”:
- Hökumət və siyasi sistem forması. Məsələn:
Səltənət (padşahlıq) dövləti və respublika.
1. Hökumətin tərifi bəhsin davamında qeyd edilmişdir.