Page 224 - Pure Life 09
P. 224
(
246 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
/
c. Hökumət
Ondakı məqsəd dövlət daxilindəki icraedici
orqanlardır (təşkilatlardır) və fərdlərin məcmusuna,
məqam və cəmiyyətin işlərini tənzim və idarə edən
orqanlara şamildir.
d. Hakimiyyət
Yəni, ölkə hüdudları çərçivəsində mütləq şəkildə olan
və məhudlaşdırılmayan və azadlıq kimi xatırlanılan
toplu (ümumi) iradənin istifadə olunması haqqıdır.
Sonuncu yüzillikdə beynəlxalq sistem şəklində
formalaşmış dövlətlər bu təşkilatın bəzi hüquqlarını
özləri üçün ləğv etmiş və onu dövlətdən daha əhatəli
olan təşkilatların, terminlə desək, “Birləşmiş Millətlər
Təşkilatı” (BMT), “Təhlükəsizlik Şurası” və digər
beynəlxalq və regional təşkilatlar kimi beynəlxalq
təşkilatların ixtiyarına vermişlər.
Başqa bir tərifdə yalnız icraedici qüvvəni
“dövlət” adlandırmaq olar və bu tərifə uyğun
olaraq hökumət dövlətlə müqayisədə aidiyyatı olan
mövqedə yer tutur və dövlət hökumətin bəzi
vəzifələrini öhdəsinə götürür.
Belə ki, əgər hökumət ölkə işlərinin
tənzimlənmə və idarəetmə amilidirsə, dövlət
birbaşa tənzimedicidir və hökumətlə yanaşı bu
tənzimləmənin icraedici funksiyasını öhdəsinə alır.