Page 225 - Pure Life 09
P. 225
Siyasət Elminə bir Baxış/ 245
İşlərin idarə edilməsi və nəzərdə tutulan məsələləri
tənzimləmək üçün vahid bir təşkilatı
formalaşdırır və öz taleyi ilə bağlı müstəqil və
inhisarçı hakimiyyət haqqını özü üçün qoruyub
saxlayır. Digər dövlətlər üçün də bu haqqı rəsmi
şəkildə tanıdığı kimi, nəticədə başqa dövlətlərin
siyasi talelərinə müdaxilə etməklə bağlı
məhdudiyyətə inanır.
Beləliklə, bu tərifə diqqət yetirməklə dövlətin
əsil ünsür və amilləri aşağıdakılardan ibarətdir:
a. Cəmiyyət
Yeni dövlətlərdə, xüsusən də, on doqquzuncu əsrin
sonlarından indiyə qədər millət qəlibində tərif olunur
və beləliklə, siyasi cəmiyyət şöbələri və millət
ünsürü bir-birindən ayrılmış və fərqləndirilmişdir.
İslamda bəşər cəmiyyətinə yanaşma daha çox
etiqadi və məktəb yönlüdür və fiziki, irqi, qəbiləvi
və dil xüsusiyyətlər daha az diqqət mərkəzində
dayanır. Nəticədə, İslam ümməti hətta dövlətlər və
siyasi bölmələrdən daha geniş mənada müsəlman
icmasının tərifində xüsusi mövqeyə malikdir.
b. Ölkə (ərazi)
Yuxarıdakı tərifdə ölkənin kənarında yer almasının
səbəbi ölkənin ən əsas xüsusiyyətinin onun coğrafi
ünsürlərində gizlənməsi məsələsidir. Həmin səbəbdən,
onu siyasi sistemin həyata keçdiyi yer seçirlər.
Beləliklə, razılaşma əsasında olan coğrafi
sərhədlər müəyyənləşdirilmiş siyasi sistemləri və
ya dövlətləri bir-birindən ayıran hesab olunur.